Əhməd xan Dəryabəyi

Əhməd xan Cəfərqulu xan oğlu Dəryabəyi (?-1923) — Qacarlar ordusunun admiralı.

Əhməd xan Dəryabəyi
fars. احمد خان دریابیگی
Şəxsi məlumatlar
Doğum yeri Nəva, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Vətəndaşlığı
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Əhməd xan Cəfərqulu xan oğlu Fars əyalətinin Nəva nahiyəsində anadan olmuşdu. Tehran darülfünunu bitirmişdi. Türk, fars, ərəb dillərini bilirdi. Əmidülmülk ləqəbini daşıyırdı.

Əhməd xan h.q. 1264-cü (1848) ildə, Nasirəddin şah hakimiyyətə gələn il Şirazda baş vermiş iğtişaşları yatırmaq üçün göndərilmişdi. Bu zaman o eşikağasıbaşının müavini idi. Orada işləri qaydaya saldıqdan sonra o, Əmir Kəbirin diqqətini cəlb elədi. Mirzə Tağı xan Əmir Kəbir onu İranın Tiflisdə baş konsulu təyin etdi. Əhməd xan h.q. 1268-ci (1851) ilədək bu vəzifədə çalışdı. H.q. 1269-cu (1852) ildə Təbriz hakimi təyin edildi və h.q. 1273-cü (1856) ilədək həmin şəhərin və eyni zamanda Fars körfəzi limanlarının hakimi oldu. Əhməd xan yenidən, yəni hq. 1279 (1862) ildə Buşir hakimi təyin olunur. Mehdi Bamdadın dediyinə görə, Əhməd xan Nəvai h.q. 1273-cü (1856) ildə "Dəryabəyi" ləqəbini almışdır.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bamdad Mehdi 1: 105, s.114;

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]