Əhmədiməhəmməd Şəfai


Əhmədiməhəmməd Hüseyn oğlu ŞəfaiBDU-nun professoru (1970), filologiya elmləri doktoru (1968)

Əhmədiməhəmməd Şəfai
Əhmədiməhəmməd Hüseyn oğlu Şəfai
Doğum tarixi (111 yaş)
Doğum yeri Xorasan

Həyatı[redaktə | mənbəni redaktə et]

Əhmədiməhəmməd Şəfai 25 dekabr 1911-ci ildə Xorasanda doğulmuşdur. O, 1932-ci ildə Tehranda orta məktəbi bitirərək, 1933-cü ildə Tehran Hərbi Akademiyasına daxil olmuşdur. Əhmədiməhəmməd Şəfai 1941-ci ildə kapitan, 1945-ci ildə mayor rütbəsini almışdır.

Ə.Şəfai 1947-ci ildən Azərbaycan Dövlət Universitetində işləmişdir. Əhmədiməhəmməd Şəfai 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1970-ci ildə professor elmi adı almışdır. Ə.Şəfai elmi və pedaqoji fəaliyyəti dövründə müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.

Əhmədiməhəmməd Şəfainin təyini söz birləşmələri, tabeli mürəkkəb cümlələrin inkişaf prosesinə dair bir çox elmi əsərləri vardır. O, Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini şeirlə fars dilinə çevirib, Bakıda və Tehranda nəşr etdirmişdir.

Əhmədiməhəmməd Şəfai 1983-cü ildə İrana qayıtmışdır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Bakı Dövlət Universitetinin professorları.