Əjdər Zeynalov

Əjdər Zeynalov — Azərbaycan teatr və kino aktyoru.

Əjdər Zeynalov
Doğum tarixi (60 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor

Zeynalov Əjdər Mehdi oğlu 1964-cü ildə anadan olmuşdur. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının aktyorudur. Əjdər Zeynalov 1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirmişdir. 1982-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrına aktyor ştatına götürülmüş, İsi Məlikzadənin “Gəl qohum olaq” komediyasında Ədalət rolu ilə böyük səhnədə yadda qalan obraz yaratmışdır. Elə həmin ildə, yəni 1982-cü, ildə ali təhsil almaq cavan aktyor kimi teatrda fəaliyyətini davam etdirmək üçün Bakıya göndərilmişdir. 1988-ci ildə məlum hadisələr nəticəsində erməni millətçiləri tərəfindən teatr da dağıdılmış, milyonlarla insanlar kimi teatr və aktyorlar Azərbaycana köçmüşlər. 1989-cu ildə teatr öz fəaliyyətini artıq Bakıda bərpa eləyir və fəaliyyətə başlayır. Ə.Zeynalov 1989-cu ildən bu günə qədər İrəvan Dövlət Azərbaycan Dram teatrında yüksək dərəcəli aktyor kimi öz fəaliyyətini davam etdirir.

Bu müddət ərzində aktyor səhnədə Z.Yaqubovun “Didərginlər”, İ.Əfəndiyev “Mahnı dağlarda qaldı”, H.Hikmət “Unudulan adam”, N.Dumbadre “Ağ bayraqlar”, K.Qaldoni “Məzəli hadisə” , C.Mitrasloviç “Gecə yarı soyğunçuluq”, Anar “Adamın adamı”, E.Xuqayev “Elburus evlənir”, M.F.Axundov “Lənkəran xanının vəziri”, “Mürafiyyə vəkilləri”, N.B.Vəzirov “Yağışdan çıxdıq yağmura düşdük”, A.P.Çexov “Ayı”, Malyer “Məcburən doktor” və s. səhnə əsərlərində bir-birindən maraqlı obrazlar yaratmışdır.

2013-cü ildə aktyor Milli Akademik teatrında Elçinin “Sənətkarın taleyi” əsərində Qubernator rolunu oynamaq üçün dəvət olunmuş və indiyə qədər də müqavilə əsasında fəaliyyətini davam etdirir.

Böyük kinoda : T.Tağızadə “Köpək”, Y.Qusman “Qorxma mən səninləyəm” filmlərində ilk addımı atan aktyor, sonralardan Ş.Ələkbərov “Qəzəlxan”, R.Əsədov “İtirilmiş həqiqət”, O.Mirqasımov “Qisas almadan ölmə”, E.Cəfərov “Dolu”, Y.Rzayev “Dronqo – xeyirlə şərin rəqsi”. Milli seriallarımızda “Susmuş Vicdan”, “Toy gecəsi”, “Ləkə”, “Həyat çiçəyi”, “Səni ürəyim sevdi”, “Tufanlı səma”, “Göyçək Fatimə”, “İki ömür”, və s. – də bir – birindən maraqlı yadda qalan obrazlar yaratmışdır.

  1. Köpək
  2. Qorxma mən səninləyəm
  3. Qəzəlxan
  4. Yük (film, 1995)
  5. Ömürdən uzun gecə (film, 1996)
  6. Sovqat (film, 2009)
  7. Susmuş Vicdan (serial, 2009)
  8. İtirilmiş həqiqət (film, 2010)
  9. Qisas almadan ölmə (film, 2011)
  10. Dolu (film, 2012)
  11. Sirr (serial, 2012)
  12. Muradına çatan Günəş
  13. Ləkə (2013)
  14. Tək olanda qorxma... (teleserial, 2013)
  15. Həyat çiçəyi (serial, 2013)
  16. Toy gecəsi (serial, 2013)
  17. Səni ürəyim sevdi (serial, 2014)
  18. 100 kağız (film, 2015)
  19. Göyçək Fatimə (serial, 2014-2015)
  20. Qayıdış (film, 2014)
  21. Həyat varsa (fim, 2014)
  22. Fədakar (film, 2015)
  23. Tufanlı səma (serial, 2015)
  24. Xeyirlə şərin rəqsi (film, 2015)
  25. 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Rəfael)
  26. Əbədi ezamiyyət (film, 2016)
  27. Lal yuxu (teleserial, 2017)
  28. Şollerin arxivi (film, 2018)
  29. Xarıbülbül əfsanəsi (film, 2022)