Bu məqalə qaralama halındadır. |
Əjdər bəy Xocabəy oğlu Aşurbəyov (1858, Bakı – 1923, Bakı) — məşhur Azərbaycan xeyriyyəçisi, şəxsi vəsaiti hesabına Əjdərbəy məscidini tikdirib.
Əjdər bəy Aşurbəyov | |
---|---|
Doğum tarixi | 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 1923 |
Vəfat yeri | |
Fəaliyyəti | iş adamı |
Bakı taciri və mesenatı Hacı Əjdər bəy 1858-ci ildə Bakıda doğulmuşdur. Nabat Aşurbəyovanın qardaşıdır. Səlim bəy Behbudov Bakıya — bir çox tələbələrə səxavətlə hamilik edən xeyriyyəçi Əjdər bəy Aşurbəyovun yanına getdi, gəlişinin məqsədini və arzusunu bildirdi. Maarifə, təhsilə böyük qiymət verən bu Bakı milyonçusu Səlim bəyi ümidsiz qoymadı, ayda 25 manat təqaüdlə onu Fransaya ali təhsil almağa göndərdi.
Əjdər bəy öz kürəkəni (gələcəkdə məşhur kimyaçı-alim və Strasburq universitetinin laboratoriya rəhbəri olmuş) Möhsün bəy Xanlarovun da oxumasının xərcini çəkmişdir.
Nabat xanım Xocabəy qızı Aşurbəyli — Rzayeva Təzəpir məscidini tikdirməyə başladıqda qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım isə cavabında, "əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin" — deyir və köməkdən imtina edir. Belə olduqda Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid tikdirmək qərarına gəlir və indiki Göy məscidin əsası qoyulur.