Əkilən ənginar

Əkin ənginarı, əkin artişoku, tikanlı ənginar (lat. Cynara scolymus) – fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy – yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir.

Əkilən ənginar
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Cynara scolymus

N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşları tərəfindən respublikada becərilən əkin artişokunun tərkibi kimyəvi analiz edilmiş, onun yarpaqlarında, çiçəklərində, toxumlarında və köklərində bir sıra bioloji fəal maddələr müəyyənləşdirilmişdir. Belə maddələrdən: sinarin qlikozidini, acı maddələri, şəkəri, piyli və qatranlı maddələri, üzvi turşuları, C vitaminini və s. göstərmək olar.

İstinadlar[redaktə | mənbəni redaktə et]