Hündürlüyü 6–20 (30) sm, gövdəsi çoxsaylı budaqlanan, əyilib qalxan və ya uzanmış şəkildə, dördtilli olan birillik çılpaq ot bitkisidir.[1]
Yarpaqları qarşı-qarşıya düzülmüşdür, oturaqdır, yumurtaşəkilli, uzunsovyumurtaşəkilli, kütdür, açıq-yaşıl rəngdədir.
Çiçəkləri təkdir, qoltuq çiçəkləridir, uzunluğuna görə yarpağa bərabər və ya ondan 1,5–2 dəfə uzun olan saplaq üzərindədir. Tac narıncı və ya kərpici-qırmızı rəngdədir, çarxşəkillidir, beş bölümlüdür;dilimləri oval-yumurtaşəkillidir, kütdür, kənarları nazik vəzili-kirpiklidir.
Qutucuq şarşəkilli, çoxtoxumludur, eninə çatlayandır. Toxumları xırda, yumurtaşəkilli, künclü, xırda qabarıq-nöqtəli, tünd-qəhvəyi, demək olar ki, qaradır, uzunluğu 1–1,3 mm-dir.
Aprel
Aprel-Avqust
Samur-Şabran oval., Abşeron, Qobustan, Alazan-Əyriçay, BQ qərb, Lənk. oval., Lənk.-Muğ., Kür-Araz oval., Kür düz., Nax. düz., KQ cənub. Orta dağ qurşağına qədər.
Alaqlı yerlərdə, dincə qoyulmuş torpaqlarda, çəmənliklərdə rast gəlinir.
Zəhərli bitkidir. Xalq təbabətində ağciyər vərəmində, qadın xəstəliklərində istifadə olunur.