Ələddin Xalıqverdi oğlu Şamilov (10 mart 1943, Qoşabulaq, Basarkeçər rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Ələddin Şamilov | |
---|---|
Şamilov Әləddin Xaliqverdi oğlu | |
Doğum tarixi | 10 mart 1943 (81 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Uşaqları | Əlövsət, Zəfər |
Elmi dərəcələri | fizika-riyaziyyat elmləri doktoru, professor |
Elmi adı | |
İş yeri | Anadolu Universiteti |
Tanınır | tədqiqatçı |
Vikianbarda əlaqəli mediafayllar |
Ələddin Şamilov 1943-cü ildə Basarkeçər rayonunun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olmuş, 1963-cü ildə Gəncə Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, iki il əsgərlik, daha sonra isə iki il anadan olduğu kənddə müəllim işləmiş və 1967-ci ildə Azərbaycan Dövlət Universiteti (ADU) Diferensial və İntegral Tənliklər kafedrasının aspirantı və 1969-cu ildə isə müəllimi seçilmişdir.
1972-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluk dissertasiyasını Moskva V.A. Steklov İnstitutunun dəstəyi ilə Ukrayna Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda və Novosibirsk Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etmişdir.
1977-ci ildə M.Y. Lomosonov adına Moskva Dövlət Universitetinin İxtisas Yüksəltmə fakültəsindən məzun olmuşdur.
1978-ci ildə BDU-nun Dosenti, 1987-ci ildə Professoru elmi adını almışdır. BDU-nun Mexanika-Riyaziyyat Fakültəsi ilə yanaşı Azərbaycan və diğər ölkələrin universitet müəllimləri üçün İxtisas Yüksəltmə fakültəsində dərs vermiştir.
Riyaziyyatın müxtəlif sahələrinə aid səkkiz kitabı və bir şeir kitabı vardır, on iki elmlər namizədi və elmlər doktoru yetişdirmişdir, 150-dən çox elmi əsəri beynəlxalq ve yerli jurnallarda çap olunmuşdur. BDU-da elmlər doktoru müdafiə şurasının həmsədri, Ümumi Riyaziyyat Kafedrasının müdiri (1996-2000) işləmişdir.
1999-cu ildə Türkiyə Cumhuriyyəti Eskişehir Osmangazi Universitetinə dəvət olunmuş və 2001-ci ildən etibarən Anadolu Universiteti Statistika bölümünün Professoru olaraq işləyir. BDU və fakültə elmi şuralarının üzvü olmuşdur.
Funksiyonal differensial tənliklər və abstrakt differensial tənliklər üçün parametrdən asılı olan xüsusi sərhəd problemlərinə baxılmış və bu problemlərin həlli üçün
a) asılı dəyişənlər metodu;
b) asılı olmayan dəyişənlər metodu işlənib hazırlanmışdır. Xüsusi törəməli differensial tənliklər üçün sərbəst sərhədli bölgələrdə xüsusi problem təklif edilmiş və bu problemin həllinin varlığı, yoxluğu kimi məsələlər həll edilmişdir.
Riyazi Statistikada mühüm tətbiqləri olan MaxMaxEnt, MinMaxEnt, MaxMinxEnt və MinMinxEnt olmakla Ümumiləşdirilmiş Entropi Optimallaşdırma Metodları təklif edilmiş ve bu metodların müxtəlif elm sahələrinə tətbiqləri tələbələri ilə birlikdə göstərilmişdir.
Stokastik Diferansiyal Dənkləmlere ait araşdırmalar tətqiqatı aparılmış və mühüm nəticələr əlde edilmişdir. Bu sahəde elmler doktoru yetişdirməkdə davam edir. Əldə olunmuş nəticələrin hamısı SCI –ə aid jurnallarda çap olunmuşdur.