Ələddin Əliyev

Ələddin Məhəmməd oğlu Əliyev (6 dekabr 1975, Daşkənd, Vardenis rayonu) — Azərbaycan pauerlifteri, Avropa (1996) və Dünya (1998) çempionu, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti.[1]

Ələddin Əliyеv
Əliyеv Ələddin Məhəmməd oğlu
Şəxsi məlumatlar
Vətəndaşlığı
Milliyəti azərbaycanlı
Doğum tarixi 6 dekabr 1975(1975-12-06) (47 yaş)
Doğum yeri
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d],
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
İdman növü pauerliftinq[d]
Karyera illəri 1996h. h.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Ələddin Əliyev 6 dekabr 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1982-ci ildə doğma kənddə orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə doğma vətəndən ayrılaraq əvvəlcə Bərdə rayonunun Yeni Daşkənd kəndində sonra isə Bakı şəhərində məskunlaşmışdır.[2]

1993-cü ildə "Həkəri" ordu idman klubunda xidmət etmişdir. O, xidmət zamanı pauerliftinq idman növü ilə məşğul olmuşdur.

1998-ci ildən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti vəzifəsində çalışır. O, ikiqat dünya və Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası və hakimdir.

O, həmçinin 1998-ci ildə DİN Abşeron Rayon Polis Şöbəsində çalışmış, 1999-cu ildə Polis Akademiyasına daxil olmuş və akademiyanı 2004-cü ildə bitirmişdir. Bundan sonra o Çevik Polis Alayının baş inspektoru vəzifəsində də işləmişdir.

Ələddin Əliyev 5 sentyabr 2009-cu ildə Dünya Pauerliftinq Konqresinin prezidenti Mayk Sviney ilə görüşmüşdür.

2011-ci ilin noyabrında Latviyanın paytaxtı Riqada Beynəlxalq federasiya WPC-nin yaranmasının 30-cu ilində təşkil olunan yarış zamanı Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevi qurumun işindəki aktiv fəaliyyətinə görə xüsusi qızıl medalla təltif etmişdir.[3]

Uğurları[redaktə | mənbəni redaktə et]

  • 1995-ci il. ABŞ-də 3-cü yer.
  • 1996-cı il. İtaliyada 1-ci yer tutaraq Avropa çempionu
  • 1996-cı il. Cənubi Afrikada keçirilən Dünya çempionatında 3-cü yer
  • 1997-ci il. Avstriyada keçirilən Avropa çempionatında 2-ci yer
  • 1998-ci il. Böyük Britaniyada və ABŞ-də Avropa və Dünya çempionu

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Pauerliftinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib". "Yeni Azərbaycan" qəzeti (az.). yeniazerbaycan.com. 08-09-2009. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
  2. "Bu gün Ələddin Əliyevin doğum günüdür" (az.). Gazette.az. 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.
  3. Alxas Məmmədov. "Dünya və Avropa çempionatlarında sözünü demiş idmançı" (az.). BrendSport.az. 2018-02-03. 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]