Ələddinin sehrli çırağı (rusca: Волшебная лампа Аладдина, Rom: Volşebnaya lampa Aladdina) — "Min bir gecə" nağıllarında adı keçən Ələddinin nağılının əsasında rejissor Boris Rytsarev tərəfindən 1966-cı ildə çəkilmiş olan sovet fantastika filmidir.[1][2][3]
Ələddinin sehrli çırağı | |
---|---|
rus. Волшебная лампа Аладдина | |
Janr | komediya filmi, kino nağılı[d] |
Rejissor | Boris Rıtsarev |
Ssenari müəllifi | Viktor Vitkoviç |
Baş rollarda | Boris Bıstrov (baş rol), Dodo Çoqovadze (baş rol), Andrey Fayt, Hüseynağa Sadıqov, Otar Kobaridze |
İstehsalçı | Maksim Qorki adına kinostudiya |
İlk baxış tarixi | 1966, 30 dekabr 1967 |
Müddət | 69 dəq. |
Ölkə | |
Dil | rus dili |
Rəng | rəngli |
IMDb | ID0167482 |
Ələddin yoxsul ailədə böyümüş gəncdir. Sultanın qızı şahzadə Budurun yer üzünün ən gözəl qadını olduğunu yaxşı bilir. Ancaq şahzadənin üzünü heç vaxt görməyib. Çünki zalım Sultan qızına baxmağa cürət etmiş insanların boynunu vurdurur. Günlərin bir-günü şahzadə öz şıltaqlığı ilə Ələddini ona baxmağa vadar edir və onu ölüm təhlükəsi qarşısında qoyur. Ələddin keşikçilərdən qaça bilsə də, pis niyyətli cadugərlə rastlaşır. Cadugər onun bütün arzuları yerinə yetirə bilən sehirli çırağı axtarmasını istəyir. İçində cin oturan çırağı Ələddindən başqa heç kim tapa bilməz...