Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Məmmədov Ələfsər Bəxtiyar oğlu (4 yanvar 1952, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — kimya elmləri doktoru, professor, aparıcı elmi işçi.
Ələfsər Məmmədov | |
---|---|
Ələfsər Bəxtiyar oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (69 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | ADPİ kimya fakültəsi |
Ələfsər Məmmədov 4 yanvar 1952-ci ildə Şəki rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetində "Su təhcizatı və su ayırma" kafedrasında professordur. Suyun analizi və təmizlənməsi üzrə dərslər verir. 121 elmi əsərin müəllifidir. 41 elmi əsəri xaricdə çap olunmuşdur. 4 müəlliflik şəhadətnaməsi, 3 dərslik, 2 bioqrafik kitab, 1 monoqrafiya müəllifidir. Nəzəri və təcrübi tədqiqatları nəticəsində turş-əsasi xarakterli katalizatorların (krekinq və piroliz üçün) seçilməsinin və fiziki-kimyəvi xassələrinin məqsədyönlü tənzimlənməsinin elmi əsaslarını inkişaf etdirmişdir. Turş-əsasi mexanizmli reaksiyalarda oksid sistemləri katalitik təsirinin proqnozlaşdırılması haqqında fərziyyəni inkişaf etdirmiş və D. T. Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlində katalizatora yüksək fəallıq verə biləcək elementlərin əhatə dairəsini müəyyən etmişdir. 3 namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdur. 2014-cü ildən baş elmi işçi vəzifəsində çalışır, 2015-ci ildən Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə Ekspert Komissiyasının üzvüdür.