Ələhi körpüsü — Ordubad rayonunun Ələhi kəndinin yuxarı hissəsində, qərb tərəfdə Ələhi çayı üzərində tarix-memarlıq abidəsi.
İkiaşırımlı, çatmatağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Qaba şəkildə yonulmuş boz dağ daşından inşa edilib. Ölçüsü: uzunluğu 30 m, eni 3 m, hündürlüyü 6,5 m. Körpünün qərb oturacağı qaya üzərində hörülüb. Hazırda kənd əhalisinin istifadəsindədir. XVIII–XIX əsrlərə aiddir.