Ələhi yolu

Ələhi yoluOrdubad rayonunun Ələhi kəndinin qərb tərəfində, çayın sağ sahilində arxeoloji abidə.

Körpüdən çıxdıqdan sonra yol həm cənuba, həm də şimala doğru uzanır. Dağların yamacı boyunca uzanan yolu aşınmadan qorumaq üçün iri qaya parçalarından hörülmüş divarlar çəkilmişdir. Divarların ətrafından Orta əsrlərə aid şirsiz keramika parçaları aşkar olunmuşdur. Ələhi körpüsü yaxınlığında olan yolun salınmasını VII-XVIII əsrlərə aid etmək olar.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 99.