Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ələmdar — Ələm ərəbcə "bayraq", dar isə farsca "-cı" deməkdir. Sözün mənası bayraqçı (bayraqdar) kimi başa düşülə bilər.[1]
Ələmdar isə təntənəli bayram günlərində ələm gəzdirirdi. 1555-ci ildə şahzadə Sultan İbrahim Mirzəni seyidlər, xadimlər, əmirlər və vəzirlər tam hörmətlə qarşıladılar. Ələmdarlar bu vaxt ələmləri qaldırdılar. Carçı-şah, vali hakim tərəfindən bir xəbəri, yaxud mətləbi küçədə, bazarda, şəhər meydanında və ya xalq arasında uca səslə elan edirdi. Əlyazmalarda hətta I Şah Təhmasibin oğlanlarından Musa Mirzənin carçı olduğu göstərilir. Mənbələrdə adı çəkilən monhinin də vəzifəsi carçıya bənzəyirdi. 1531-ci ildə monhilər (hərbi xəbərləri verən carçılar) və təvaçilər şahzadə Əlqas Mirzənin 4000 nəfərlik qoşunla köməyə gəldiyini I Şah Təhmasibə xəbər verdilər.