14-cü hicri əsrin ən görkəmli şiə alim və fəqihlərindən olan Şeyx Mufidin (336–413 hicri) qələmə aldığı "Əl-İrşad" kitabı İmamların (ə) həyatı barəsində mövcud olan ən mötəbər hədis mənbələrindən biri hesab olunur. Əsər 411-ci hicri ilində müəllifin vəfatından iki il öncə, elmi şöhrətinin zirvəsində olduğu bir vaxtda yazılmışdır. Kitabda Əhli-beytin (ə) tarixi və fəzilətləri ilə bağlı rəvayətlər toplanmış və əsər Şeyxin dostlarından birinin istəyi əsasında qələmə alınmışdır.
əl-İrşad | |
---|---|
əl-İrşad fi Mərifəti Hucəcillah ala əl-İbad | |
Müəllif | Şeyx Müfid |
Janr | İslam |
Orijinalın dili | Ərəbcə |
Cild | 1 cild |
Şeyx Mufid bu əsərində tarixi kitabların üslubuna uyğun olaraq tarixi hadisələri bəyan edir. Bundan əlavə "Əl-İrşad" etiqadi bir kitab da hesab olunur. Belə ki, əsərdə bir çox etiqadi məsələlərə işarə olunmuşdur. Eyni zamanda müəllif hədis kitablarının üslubuna uyğun olaraq mətləbləri sənədi ilə birlikdə zikr etmiş və bu iş əsərin dəyər və etibarını daha da artırmışdır. Qeyd oluna biləcək başqa bir zərif mətləb ondan ibarətdir ki, kitabın yarısı İmam Əlinin (ə) həyatına həsr olunmuşdur ki, bu da Şeyx Mufidin o Həzrətə (ə) verdiyi əhəmiyətdən söz açır.[1]