Əl-Cübeyl kilsəsi — Səudiyyə Ərəbistanının əl-Cübeyl bölgəsində 1986-cı ildə qazıntılar nəticəsində kəşf edilmiş, IV əsrə aid Nestorian kilsəsi.[1] Kilsənin əsas binası qalmamış, sadəcə divarları və özülü günümüzə salamat çatmışdır.