2015-ci ildə Əl-Həsəkə uğrunda döyüş — Suriyada vətəndaş müharibəsi zamanı İraq və Şam İslam Dövlətinin (İŞİD) Əl-Həsəkə mühafəzəsində başladılan hücum əməliyyatı. İŞİD burada Əl-Həsəkə şəhərini ələ keçirməyə cəhd etmişdir. Əl-Həsəkə mühafəzəsi Suriya Silahlı Qüvvələri və kürd Xalq Mühafizə Birliklərinin (YPG) ayrı-ayrılıqda saxladığı iki bölgə olmuşdu.[1] 17 iyulda YPG-nin rəhbərlik etdiyi qüvvələr Əl-Həsəkəni əhatə edən bütün yolları və kəndləri ələ keçirərək şəhərin daxilində qalan İŞİD yaraqlılarını tam mühasirəyə almışdır.[2][3] 28 iyulda YPG qüvvələri və Suriya Ordusu Əl-Həsəkənin əksər hissəsindən İŞİD-i qovmuşdur.[4] Bu zaman Əl-Zühur rayonunda[5] və şəhərin cənub girişi yaxınlığında iki İŞİD bölgəsi qalmışdı.[6] 1 avqustda şəhər İŞİD döyüşçülərindən tamamilə təmizlənmişdir.[7][8][9]
Əl-Həsəkə uğrunda döyüş | |
---|---|
Tarix | 23 iyun – 1 avqust 2015 |
Yeri | |
Nəticəsi | Suriya Ordusu və YPG/J-nin qələbəsi |