Əl-Hac Məhəmməd Təqi (?-?) — Xəttat. Naxçıvan xəttatlıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhər Came məscidində hicri 1319 ildə (miladi 1901–1902 il) aparılan təmir və bərpa işləri zamanı gəc üzərində qara rənglə yazılmış kitabədə qalmışdır. Kitabədən məlum olur ki, təmir zamanı məscidin daxili divarlarına yazılan Quran ayələri və digər dini xarakterli yazıları da gəc üzərində Müstəhid Ağəlinin oğlu xəttat əl-Hac Məhəmməd Təqi yazmışdır[1].
Əl-Hac Məhəmməd Təqi | |
---|---|
Fəaliyyəti | xəttat |