"Əl Nəhza" (qəzet)— siyasi və gündəlik qəzet.
"Əl Nəhza" (qəzet) | |
---|---|
Növ | siyasi və gündəlik qəzet |
Sahibi | Abduləziz Əl Talibi, Siddiq Abdullah Muxtar |
Təsisçi | Abduləziz Əl Talibi |
Məsul redaktorlar | Mehmet Siddiq Əl Nəqqaş |
Yaranma tarixi | 12 mart 1963-cü il |
Dil | ərəb dili |
Nəşrini dayandırıb | 1963-cü il |
Qiymət | 15 filis |
Şəhər | Bağdad |
Ölkə | İraq |
Təsisçilik hüququ siyasi və gündəlik olsa da həftədə bir dəfə nəşr oluna bilən ərəb dilli “Əl Nəhza”nın rəhbəri Abduləziz Əl Talibi, məsul baş yazarı 1958-ci ildən Kərkükdə vəkillik edən mosullu Mehmet Siddiq Əl Nəqqaş idi. İlk sayı 1963-cü il martın 12-də çap edilmiş “Əl Nəhza” böyük formatda 4 səhifəlik qəzet olub Bağdadda “Əl Teleqraf” mətbəəsində çap edilirdi. Nüsxəsi 15 filisə satılan qəzetin abunə haqqı İraq üçün 5 dinar, xarici ölkələr üçün isə altı dinar idi.
Əsasən sağ yönümlü olan nəşr kommunizm əleyhinə fəaliyyət göstərirdi. 1963-cü il martın 28-i qəzetin üçüncü sayı çap edildikdən sonra onun sahibi “Əl Nəhza”nı Süleymaniyyəyə daşımış, orada bir müddət vəkil Siddiq Abdullah Muxtarın rəhbərliyi ilə çap edilmiş, daha sonra bağlanmışdır.[1]