Əl kompüteri

“Əl” kompüteri (en. handheld computer) – ölçüləri kiçik olan elə kompüterdir ki, onu bir əldə saxlamaq, o biri əllə isə işləmək olar; adətən, onlardan yükdaşıma xidmətlərində və səfərlərlə (yollarla) bağlı başqa fəaliyyət sahələrində istifadə edirlər. Əl kompüteri, adətən, ovuciçi kompüterdən (PALMTOP) daha ensiz, daha uzun və daha qalın olur; bu kontekstdə belə qurğulara bəzən “əl terminalları” da deyirlər.

Bundan başqa, əl kompüterləri bəzən kiçik ölçülü displeylərlə təchiz olunurlar, çünki onların istifadə edildikləri işlərin xarakteri elədir ki, çətin ki, hər bir anda böyük həcmli informasiyaların göstərilməsi (əks etdirilməsi) tələb olunsun. Əl kompüterlərinin çoxunda onların tətbiq olunduqları sahələr üçün spesifik olan patentli proqramlar işləyir; bu proqramlar, adətən, daimi yaddaşda (ROM) saxlanılır. Əl kompüterləri bir qayda olaraq onları mərkəzi kompüterlə birləşdirən rabitə vasitələri ilə təchiz olunurlar və onların bir çoxunun özəl periferiya quğuları, məsələn, verilənləri tez daxil etmək üçün istifadə olunan zolaqlı kodları (strixli kodları) oxuyan qurğusu olur. Əl kompüterlərin demək olar ki, hamısının klaviaturası (ölçüləri çox böyük olan QWERTY tipli adi klaviatura yox) olmasına baxmayaraq, onların nadir hallarda yumşaq disklər kimi daşıyıcıları olur.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]