Əldəqayırma partlayıcı maddələr

Əldəqayırma partlayıcı maddələr — partlayış üçün təyin olunmamış bir sıra digər təyinatlı maddələrdən (müxtəlif gübrələr, dərman preparatları, turşular, metal tozları və s.) düzəldilən partlayıcı maddələrdir.

Əldəqayırma partlayıcı maddələr müxtəlif kimyəvi maddələrin birləşməsindən düzəldilir. Digər partlayıcılardan əsas fərqi isə, hər kəs tərəfindən düzəldilə bilinməsidir. Bu partlayıcıların gücü digər populyar sənaye partlayıcılarının gücünün- yəni trotil ekvivalentinin 60-90%-ni təşkil edir. Əldəqayırma partlayıcıların gücü qarışıqların tərkibinə görə dəyişir. Qarışığa sənaye istehsalı olan partlayıcılardan, xüsusi güc artıran qarışıqlardan qatılmaqla gücü artırıla bilər.

  • Hərbi bilik jurnalı 2015 №3 “Əldəqayırma partlayıcı maddələr və qurğulara qarşı mübarizənin müasir problemləri səh 30-42
  • [1]
  • Hərbi bilik jurnalı 2015 №6 “Əldəqayırma partlayıcı qurğuların düzəldilməsinə və istifadəsinə qarşı mübarizə” səh 3-16
  • [2]