Allahverdiyev Əli Fərman oğlu (23 mart 1948, Alabaşlı, Samux rayonu – 15 iyun 2010, Gəncə) — azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (1981).
Əli Allahverdiyev | |
---|---|
Əli Fərman oğlu Allahverdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Alabaşlı, Samux, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Əli Allahverdiyev 1 fevral 1948-ci ildə Samuxda anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirmiş, 1966-cı ildən Gəncə Dövlət Dram teatrında işləməyə başlamışdır. C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında işlədiyi dövrdə Səməd Vurğunun" Vaqif" pyesində Qacar, "Komsomol" poemasında Gəray bəy, Cəfər Cabbarlının "Yaşar" pyesində Yaşar, "Aydın" pyesində Dövlət bəy, "Solğun çiçəklər"də Əbdül, "Almas"da İbad, "Aslan və Fərhad" əsərində Aslan və sair rollar oynamışdır. 1990-cı ildən Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir. Bu teatrın səhnəsində hazırlanan "Xeyir və Şər" əsərində Kürd, "Gül və zəhər" əsərində Loğman, "Zəhmət dastanı"nda Qoca, "Hikmət axşamında" Sokrat, "Sevgi dastani"nda Vəzir, Nizami Gəncəvinin "Xəmsə" motivləri əsasında M. Alimin səhnələşdirdiyi "Yeddi məhbusun şikayəti" tamaşasında Bəhram və s. obrazlarla tamaşaçıların rəğbətini qazanmışdır.