Əli Azəri (d.1900-v.1966) — filologiya elmləri namizədi[1].
"Ölülər"in Təbriz tamaşasında Şeyx Nəsurullah rolunu ifa edən Əli Azəri 1921-ci ildə Cəlil Məmmədquluzadə ilə birlikdə Təbrizdən köçüb Bakıya gəlmiş, ömrünün sonuna kimi burada yaşamışdır.
Əli Azəri uzun illər Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllimlik etmiş, fars dilinin tədrisi üzrə bir neçə dərslik və Mirzə Cəlil haqqındakı xatirələrini əhatə edən "Bircə yarpaq" (1966) kitabçasını yazmışdır.