Əli Babayev (partizan)

Əli Baba oğlu Babayevİkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı. "Hərbi şücaətinə görə" gümüş medalı laureatı.

Əli Babayev
Doğum tarixi
Doğum yeri Naxçıvan, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Ərəfsə kəndi, Culfa rayonu, Naxçıvan MR
Dəfn yeri Naxçıvan şəhəri
Uşağı

Baba Babayev

Qüdrət Babayev
Dini Müsəlman
Fəaliyyəti hərbi qulluqçu
Fəaliyyət illəri 1940-1945
Mükafatları "Hərbi şücaətinə görə" gümüş medalı

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əli Baba oğlu Babayev 1910-cu ildə Naxçıvanda anadan olmuşdur. 1938-ci ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1940-cı ildə Sovet Ordusuna çağrılmışdır. 1942-ci ildə faşistlər tərəfindən əsir götürülmüşdür.[1]

1943-cü ilin noyabrında Əli Babayev İtaliyanın şimalında yerləşən Udine şəhərindəki əsir düşərgəsindən bir qrup hərbi əsirlə[2], İtalyan kommunistlərinin köməyi ilə düşərgədən qaçmışdır.[3] 25 mart 1944-cü ildən İtaliyan partizanlarına qoşulub, Pyetto (Piotto) ləqəbi ilə tanınmışdır. Sovet Ordusunun hərbi əsirlərindən ibarət Çapayev batalyonunu yaratmış və komandiri olmuşdur. Çapayev batalyonunda Əli Babayevdən başqa Oruc adlı azərbaycanlı da xidmət etmişdir.[3]

Əli Babayev İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatında fəal iştirak etmiş, Harribaldi adına batalyonun komandiri olmuş[4], döyüşlərdəki igidliyinə görə İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalı ilə təltif olunmuşdur.[4]

1951-ci ilin yanvarında Bakıda Azərbaycan legionunun üzvü kimi həbs edildi və həmin ilin noyabrında hərbi məhkəmə tərəfindən vətən xaini ittihamı ilə əmlakı müsadirə olunaraq 15 il azadlıqdan məhrum edildi. Stalinin ölümündən sonra isə əfv edilmişdir.[5]

  1. Əli Babayev. Azərbaycan Sovet Ensiklopediyası. I. Bakı: AMEA. 1976. səh. 519.
  2. Mədətov G.A. Böyük Vətən müharibəsində Azərbaycanın rolu. 1975. səh. 363.
  3. 1 2 İlham Abbasov. "Участие азербайджанцев в движении Сопротивления стран Европы: Неизвестные страницы / Azərbaycanlıların Avropa Müqavimət Hərəkatında iştirakı: Naməlum Səhifələr". 1news.az. 26 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  4. 1 2 "Naxçıvanşünaslıq Mərkəzində açıq dərs". nuhcixan.az. 26 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2019.
  5. Talalay M. Dal Caucaso agli appennini. gli azerbaigiani nella Resistenza italiana. Roma. 2013. səh. 108-109. ISBN 978-88-88249-24-7.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]