Əli Həsənov (azərb. Həsənov Əli Xudaverdi oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Əli Həsənov | |
---|---|
Həsənov Əli Xudaverdi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
1957-ci il sentyabrın 7-də Bakıda anadan olub. Meliorasiya Su Tikinti İdarəsində sürücü işləyib. İki uşağı başsız qaldı. Həyat yoldaşı Mahirə Həsənovanın dedikləri: — O gecə təxminən saat 24 radələrində küçədən güllə səsləri eşidilməyə başladı. Adamlar qışqırırdılar. Yoldaşım Əli geyinib bayıra çıxdı ki, görüm nə olub? Səhərə kimi gözlədim. Gözüm yolda, qulağım səsdə qaldı… Bir gecədə beş insan ömrü yaşadım, ölüb dirildim, o dünyanı görüb qayıtdım. Səhərin kor qalmış gözü çırtdayan kimi, küçəyə çıxdım. Dedilər ki, gecə yüzlərlə adamı vəhşicəsinə qırıblar. Qaynatam Xudaverdiyə xəbər verdim. Başladıq xəstəxanaları axtarmağa. Semaşko adına xəstəxananın meyidxanasına qaynatam tək girdi. Oğlunu qolları üstə gətirdi, gözü qan yaş tökə- tökə… İki balam ata nəvazişindən məhrum oldu. Mərhum Şəhidlər xiyabanında dəfn edilib.
Bakı, İnqilab küçəsi 92, mənzil 15.