Əli Kazımzadə

Əli Kazımzadə (tam adı: Əli Kazım oğlu Kazımzadə; 18 oktyabr 1941) — kimyaçı alim, AMEA-nın akademik Ə. M. Quliyev adına Aşqarlar kimyası İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktorudur.

Əli Kazımzadə
Əli Kazım oğlu Kazımzadə
Doğum tarixi (82 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi neft kimyası
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı laboratoriya müdiri
İş yeri akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu

Əli Kazım oğlu Kazımzadə 1941-ci il oktyabrın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakültəsinə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. Əli Kazım oğlu Kazımzadə 1965-ci ildən bu günə qədər Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AMEA AKİ) işləyir. 1973-cü ildə " Sulfen turşuları və aminometilsulfidlərin bəzi törəmələrinin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1992-ci ildə də "Sintetik yağların yüksəktemperaturlu oksidləşmə inhibitorları " mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsinı almışdır. Əli Kazım oğlu Kazımzadə 1988-ci ildən "Motor yağlarına çoxfunksiyalı aşqarlar" laboratoriyasının müdiri vəzifəsində çalışır və baş elmi işçidir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əli Kazımzadə neft kimyası və üzvi kimya sahəsində tanınmış alimdir, onun elmi fəaliyyətinin əsas istiqaməti mineral və sintetik yağlar üçün müxtəlif funksional təsirə malik aşqarların sintezi və tədqiqi, onların təsir mexanizminin öyrənilməsi, eləcədə, müasir və perspektiv terxnika üçün sürtkü kompozisiyalarının hazırlanması (yaradılması) və itehsalatda tətbiqi ilə bağlıdır. Əli Kazımzadə elmi fəaliyyəti dövründə istedadı ilə seçilərək gündəlikdə olan aktual mövzuların müzakirəsi zamanı həmişə öz sanballı məsləhət və töhfələrini vermiş, həlli vacib olan istənilən məsələləri isə müsbət sonluqla yerinə yetirmişdir. O, 1972 – 1991-ci illərdə Hərbi Sənaye Kompleksinin qərarı ilə xüsusi mövzular — "Накидка –АЗН", "Нил- АЗН", "Нарост – АЗН" və "ГСМ-89" üzrə sintetik sürtkü yağları üçün yüksək temperaturlarda oksidləşmə inhibitorları , məqsədyönlü sintez yolu ilə yeni tipli çoxfunksiyalı aşqarlar sintezinin elmi əsaslarını , onların təsir mexanizmini öyrənmiş və həmin aşqarlar əsasında müasir və perspektiv hərbi texnika üçün "sürtkü kompozisiyaları "işləyib hazırlamışdır. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) kimya ixtisası üzrə ekspert şurasının , 1997 −2001-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının(ADNA) dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvü olmuşdur. Əli Kazım oğlu Kazımzadənin iştirakı ilə bir sıra yüksək effektli aşqarlar — ИХП-101, ИХП-21, ИХП-114, ИХП-130, ИХП-140 və s. sintez və tədqiq edilərək tətbiq olunmuşdur. Yeni və həm də yüksək qələviliyə malik AKİ-144, AKİ-150, AKİ-161, AKİ-162 və s. kimi alkilfenolyat aşqarlarının alınmasının optimal şəraiti işlənib hazırlanmışdır. Alınmış aşqarların tətəbiqilə müasir texnikanın tələblərinə cavab verən yeni M-8B, M-10Г2, М-12В2 kimi motor yağları işlənib hazırlanmışdır. Ə. K. Kazımzadənin rəhbərliyi altında 2 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, hazırda isə iki doktorantın elmi məsləhətçisidir. Əli Kazımzadə yerinə yetirdiyi elmi və xalq təsərrüfatı əhəmiyyətli elmi tədqiqatların nəticələrinə ğörə 2005 və 2011-ci illərdə AMEA-nın "Fəxri fərman"ları ilə təltif edilmişdir.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Əli Kazım oğlu Kazımzadənin elmi-tədqiqat axtarışlarının nəticələri indiyə kimi 220 elmi əsərdə, o cümlədən 61 müəlliflik şəhadətnaməsi, Rusiya və Azərbaycan patentlərində öz əksini tapmışdır.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Кулиев А. М., Зейналова Г. А., Кязимова Н. С., Нагиева Э. А. Способ получения синтетического масла. / А. С.№ 1822157, 1982 (не подлежит публикации)
  • Зейналова Г. А, Кязимова Н. С., Нагиева Э. А., Насирова Я. Р., Запорожская О, Горячев В. В. Смазочная композиция / А. С.№ 230609, 1984 (не подлежит публикации).
  • Нагиева Э. А. Повышение термоокислительной стабильности эфиров пентаэритрита и синтетических жирных кислот "Химия и технология топлив и масел" –2004.–№ 4.–с. 44
  • Кязим-заде А. К., Нагиева Э. А., Мамедова А. Х., Мамедова Р. А. / Способ получения многофункциональной присадки к смазочным маслам. Рат. Аз. İ 20050136
  • Кязим-заде А. К., Нагиева Э. А., Мамедова А. Х. / Моюще-диспергирующая алкилфенолятная присадка. Азербайджанское Нефтяное Хозяйство, –2007, –№ 10,–с. 47–49
  • Кязим-заде А. К., Нагиева Э. А., Мамедова Р. А.,Насирова С. И. / Многофункциональная серосодержащая присадка к моторным маслам. Азербайджанское Нефтяное Хозяйство, –2008. № 3. –С.47–49
  • Фарзалиев В. М., Кязим-заде А. К., Нагиева Э. А. / Серосодержащая алкилфенолятная присадка к моторным маслам. Азербайджанское Нефтяное Хозяйство –2011–№ 1. –с. 47–50
  • Кязим-заде А. К., Нагиева Э. А., Мамедова А. Х., Мамедова Р. А., Абдуллаев Б. И. / Моторные масла для бензиновых двигателей Нефтепереработка и Нефтехимия –2012. –№ 2.–с. 44–46
  • Кязим-заде А. К., Фарзалиев В. М., Нагиева Э. А. / Моюще-диспергирующая присадка к моторным маслам. Нефтепереработка и Нефтехимия. –2012. –№ 12. –с.44–46.
  • Кязим-заде А. К., Нагиева Э. А., Мамедова А. Х./ Серосодержащая полифункциональная присадка к смазочным маслам. Журнал "Технологи нефти и газа" –2013.–№ 5.–с. 8–11
  • Кязим-заде А. К., Нагиева Э. А., Гадиров А. А. / Модифицированные моюще-диспергирующие присадки к моторным маслам. Нефте- переработка и Нефтехимия. –2013.–№ 12.
  • Məmmədova А. Х., Fərzəliyev V. M., Kazımzadə Ə. K., Nağıyeva E. Ə., Nəsirova S. İ. / Motor yağlarına bor-azot saxlayan yeni alkilfenolyat aşqarı modifikasiyası. Azərbaycan Neft Təsərrüfatı. –2014.–№ 3. –c. 43–45
  • A. Məhərrəmov, M. Allahverdiyev, R. Əliyeva "Azərbaycan kimyaçıları", "Azərbaycan" nəşriyyatı, 1998.
  • A. Məhərrəmov "Azərbaycan kimyaçıları", 2017.