Əli Kolen — Afrikada müasir Mali ərazisində XIII əsrdə yaranmış Sonqai dövlətinin banisi.
Əli Kolen | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1301 |
Sonqai tayfası əvvəllər Afrikada Böyük Səhra ətrafında yarımköçəri həyat həyat tərzi keçirirdi. Mülahizələrə görə onlar Air vilayətindəki Sonq şəhərinin əsasını qoymuşdular. Quraqlıq nəticəsində köç etməyə məcbur olan sonqailər Niger çayının münbit vadisində məskunlaşaraq 890-cı ildə Qao şəhərinin əsasını qoymuşlar. Şəhər çox əlverişli mövqedə yerləşirdi. Şimaldan cənuba doğru gedən karvan yolları buradan keçirdi. Tezliklə Qao şəhəri sürətlə böyüməyə başladı.
Sonqailər əvvəllər bütpərəst olsalar da, XII əsrin əvvəllərində onlar İslam dinini qəbul etdilər. XIII əsrin əvvəllərində Qao hakimləri Mali dövlətindən asılılığı qəbul etməyə məcbur olmuşdur. Qao hakimləri gəlirlərinin 1/3 hissəsini Mali hökmdarlarına verməli və oğlanlarını girov kimi Mali hökmdarının sarayına göndərməli idilər. XIII əsrin ortalarında Mali sarayına göndərilən şahzadələrin yanındakı nökərlərdən biri Əli Kolen idi. Şahzadələrdən biri saraya getmək istəmədiyindən o, nökər Əli Kokeni şahzadə kimi qələmə vermişdi. Uzun illər Mali sarayında yaşayıb siyasi təcrübə toplayan Əli Kolen 1273-cü ildə Qaoya qayıdır və şəhərdə hakimiyyəti ələ keçirir. Elə həmin il Mali hökmdarına xərac verməyən və bu yolla əhalinin rəğbətini qazanan Əli Koken müstəqil Sonqai dövlətinin yaradıldığını elan edir. Bu dövlət bəzi tarixi mənbələrdə Qao imperiyası da adlandırılmışdır. Əli Koken sonni titulunu qəbul etmiş və dövlət quruculuğunun möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Şəhər divarlarını bərpa edən Əli Koken şəhər əhalisini silahlandıraraq ətrafdakı qəbilələri də öz tərəfinə çəkməklə Mali hökmdarlarının aramsız hücumlarını dəf etməyə müvəffəq olmuşdur.
Sonqai hökmdarı Əli Koken 1301-ci ildə vəfat etmişdi.