Əli Məlikov

Ali Malikov

Əli MəlikovAzərbaycan LGBT fəalı.

Azərbaycan məktəblərində bullinq mövzusunu ictimailəşdirən ilk şagird olub. O, Azərbaycanın LGBTQ+ icmasının Qiy Vaar xəbər platformasının təsisçisidir, blogger kimi burada bi+, bifobiya və monoseksizm haqqında danışır və Femkulis feminist qrupundan olan bir veqandır.[1] İnsan hüquq və azadlıqları uğrunda keçirilən bütün etiraz aksiyalarında fəal iştirak edir.[2] Onu Azərbaycanın insan hüquq və azadlıqları uğrunda mübarizə aparan ən gənc siması adlandırmaq olar.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Əli 2005-ci il aprelin 4-də Bakıda anadan olub. 2011–2022-ci illərdə Əsəd Ələsgərov adına 244 saylı orta məktəbdə oxuyub və məzunu olub. Artıq orta məktəbdə onun və digər şagirdlərin azadlıqlarını məhdudlaşdıran cəmiyyətin mühafizəkar baxışlarına qarşı mübarizəyə başlayıb.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Səkkizinci sinifdən bəri məruz qaldığı zorakılıqla mübarizə aparmağa çalışan Əli təhlükədə olduğunu hiss edərək məktəb dəhlizinə belə getməyə qorxurdu. Onun sözlərinə görə, yaşıdları hər yerdə ona fiziki təzyiq göstərməyə çalışıblar. Orientasiyasına görə müəllimlər dəftərlərini cırıb təhqir edirdilər. Dəfələrlə direktora şikayət etsə də, məktəb rəhbəri məsələyə məhəl qoymayıb. Əli üçün həmin ərəfələrdə Məktəblinin Dostu layihəsindən psixoloq gətirildi.[3] Amma mütəxəssis ona yalnız baş verənlərə fikir verməməyi tövsiyə etmişdir, amma Əli həmyaşıdlarının, eləcə də müəllimlərin zorakılığına dözmək istəmirdi. Onun sözlərinə görə, məktəbdə rus dili müəllimi şagirdlərə onun şəkillərini göstərərək Əlinin gey olduğunu, onun məktəbin və təhsilin imicini korladığını bildirmişdir.[4] "Şagirdlər məni alçaldıb, təhdid edən yazıları bəyənirlər. Hətta bəziləri məni zorakı və xuliqan olmaqda ittiham edir", — Məlikov bu sözləri sosial şəbəkələrdə yazıb. Məktəb direktoru bütün bu işgəncələrə cavab olaraq Əliyə 11-ci sinifdə məktəbə gəlməməyi, attestatla bağlı narahat olmamağı tövsiyə edib, lakin Əli BBC News-a verdiyi müsahibədə zorakılığın problemlərini vurğulamaqda məqsədinin təkcə özü üçün deyil, zorakılıq və zorakılığa məruz qalan bütün şagirdlər üçün ictimailəşdirdiyini demişdir. Məktəbə zorbalıq üzündən getməmək özü təhsil hüququnun mehdudlaşdırılmasıdır.[5]

Tədqiqatçı Lalə Mahmudova 2019-cu ildə məktəbdə şagird zorakılığı halları ilə bağlı rəsmi sənədin olmaması və rəhbərliyin laqeydliyi barədə yazıb. Azərbaycan məktəblərində şagirdlərin tez-tez bir-birini homofobik şəkildə təhqir etdiyini qeyd edən müəllif bildirir ki, statistik məlumatların olmaması məktəblərdə ayrı-seçkiliyin miqyasının araşdırılmasına ən böyük maneələrdən biridir.[6] Amma Əli bütün bunlara etiraz olaraq məktəbi boykot etməyə başladı və səsini bütün dünyaya çatdırmağa çalışdı.[7] Həmin arada Təhsil Nazirliyi şagirdləri valideynləri və müəllimlərinə sözünü deməyə sövq edən zorakılıq haqqında video yayımladı. Videoya müxtəlif reaksiyalar verilib. Bəzi istifadəçilər nazirliyin təşəbbüsünü müsbət qarşılayıb, bəziləri isə nazirliyi məsuliyyətdən yayınmaqda ittiham etdilər.[8] Məlikov müvafiq dövlət strukturlarını məktəblərdə baş verənlərə görə məsuliyyət daşımağa çağırıb. OC Media-ya verdiyi müsahibədə Məlikov qeyd edib ki, məktəb müvafiq tədbirlər görməyənədək və təkcə ona deyil, digər şagirdlərə qarşı təhqirlərin qarşısını alana qədər o, məktəbi boykot edəcək.[9] Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) mətbuat katibi Emil Şahzadə mediaya açıqlamasında bildirib ki, ərizəçi quruma rəsmi müraciət etməyib. Rəsmi müraciət sistemdə öz əksini tapdığı andan məsələ araşdırılacaq.[10] O, yalnız Facebook hesabında yazdığı postda səhifəmizi tag edib. Bu, rəsmi müraciət deyil. Ola bilsin ki, o, bunun rəsmi müraciət olduğunu düşünür, amma vətəndaş rəsmi müraciət qaydasını bilmirsə, bizimlə əlaqə saxlayıb ətraflı məlumat ala bilər, amma iş Ombudsmanın nəzarətindədir — deyə Emil Şahzadə bildirib.

Əli məktəbi bitirdikdən sonra insan haqları uğrunda fəal mübarizəsini davam etdirir. O, ölkə tarixində ilk dəfə 2022-ci ilin iyun ayında qürur ayına həsr olunmuş qürur tədbirinin keçirilməsi təşəbbüskarlarından biri olub. "Biz düşündük ki, dünyada hər il qeyd olunan qürur ayı Azərbaycanda da qeyd olunmalıdır; Bunun üçün bizim səbəblərimiz var", – deyə Məlikov OC Media-ya bildirib.[11] Beləliklə, iyunun 9-da LGBTQ fəalları Cavid Nəbiyev və Əli Məlikov, həmçinin feminist və siyasi fəal Rəbiyyə Məmmədova jurnalistlər üçün brifinq keçirdilər. LGBTQ+ insanların üzləşdiyi problemlərə qarşı ayrı-seçkiliyə etiraz edərək dövlət qarşısında öz tələblərini səsləndirdilər.[12] Əli həm də gey aktivist ve jurnalist Əvəz Hafizlinin qatilinin məhkəməsinə etiraz edən və ona məhkəmənin çıxardığı 9 il azadlıqdan məhrumetmə qərarından daha ağır cəza tələb edən fəallardan biridir. Əli PinkNews-a açıqlamasında bildirmişdir ki, hazırda Əvəz Hafizlinin məhkəmələrini izləyə bilmirik və bu qanunsuzluğa səssiz qala bilmərik… Media nümayəndələri və LGBTQ+ fəalları hər dəfə məhkəmə binasının qarşısında toplaşırıq.[13] Əli təkcə LGBT insanların hüquqları uğrunda mübarizə aparmır, həm də Azərbaycan cəmiyyətində insan hüquq və azadlıqları uğrunda aparılan bütün aksiyalarda iştirak edir, polis zorakılığını ifşa edir və onun yolverilməzliyini qeyd edir.[14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azerbaycan'daki Okulda Biseksüel Öğrenciye Ayrımcılık". 4 dek 2021. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  2. "In Azerbaijan's capital, calls for an end to impunity against activists · Global Voices". 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  3. "Azərbaycanda bullinqə məruz qalan 16 yaşlı məktəblini müdafiə edən tapılmır". 22 dek 2021. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  4. "Në Azerbajxhan, bullizmi në shkolla është ende një problem". 5 dek 2021. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  5. "Azərbaycanda bi+seksual məktəblinin anası: Xoşunuza gəlmirsə, oğluma baxmayın, mənə qəbuldur!". 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29 – www.youtube.com vasitəsilə.
  6. "Azerbaycanlı lise öğrencisi okulda maruz kaldığı zorbalığı dünyaya duyurmaya çalışıyor". ÜniKuir. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  7. "Student boycotts school in Baku over alleged homophobic abuse". 25 noy 2021. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  8. "#MənimləDanış". 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29 – www.youtube.com vasitəsilə.
  9. "In Azerbaijan, bullying in schools is still a problem". 29 noy 2021. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  10. "16 yaşlı şagird oxuduğu məktəbdə cinsi kimliyinə görə bullinqə məruz qalır". 26 noy 2021. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  11. "Azerbaijani activists to hold Pride events for first time in history". 9 iyn 2022. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  12. "Azerbaijan's embattled queer community holds "Pride event" | Eurasianet". eurasianet.org. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  13. Wakefield, Lily. "LGBTQ+ activists 'blocked' from trial of man who beheaded and castrated gay journalist". 26 iyl 2022. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  14. "Əli Məlikov: "Elə mühit yaradırdılar ki, insanlar bir-birlərini əzsinlər"". 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29 – www.amerikaninsesi.org vasitəsilə.