Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Qaryagin rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001).[1]
Əli Nuriyev | |
---|---|
Əli Xudu oğlu Nuriyev | |
Doğum tarixi | |
Doğum yeri | Horadiz, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Xudu Nuriyev |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | Professor |
Alma-mater | Azərbaycan Dövlət Universiteti, iqtisad fakültəsi |
Mükafatları |
|
AMEA İqtisadiyyat İnstitutu |
2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir.
1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tədqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir.
Əli Nuriyev geniş profilli alimdir. O, 260-dan çox əsərin, o cümlədən 10 monoqrafiya, 7 broşurun və metodiki vəsaitin müəllifi, 10 monoqrafik əsərin şərikli müəlliflərindən biridir. Onun "Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin təkmilləşməsinin sosial-iqtisadi problemləri" (1982), " Azərbaycan Respublikasının iqtisadi və inzibati ərazi quruluşunun kompleks təkmilləşməsi" (1991), " Azərbaycan Respublikasının böhran vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri" (1992), "Regional siyasət və idarəetmə" (2004), " İnsan və həyat fəlsəfəsi" (2005), "Regional siyasət və idarəetmənin əsasları" (2011), “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” (2013) monoqrafiyaları, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Həmçinin həmmüəllif olduğu "Naxçıvan iqtisadiyyatı XX əsrdə" (2001), "Azərbaycan iqtisadiyyatı" (2003 - xaricdə yaşayan azərbaycanlılar üçün), "Azərbaycan regionlarında iqtisadiyyatın davamlı inkişafı" (2009) monoqrafiyaları elmi və praktiki sahələrdə müvəffəqiyyətlə istifadə olunur.
Onun 80-ci illərdə və 90-cı illərin əvvəllərində çap olunmuş əsərlərində keçmiş ittifaq məkanında ilk dəfə olaraq inzibati ərazi bölgüsü, iqtisadi rayonlaşdırma və ərazi idarəetmənin kompleks təkmilləşməsi konsepsiyası işlənib hazırlanmışdır. Azərbaycanda ilk dəfə olaraq ərazi istehsal kompleksinin formalaşması, məhsuldar qüvvələrin səmərəli yerləşməsi məsələləri kompleks təhlil olunmuş, 90-cı illərin əvvəllərində Azərbaycanın düşdüyü dərin böhrandan çıxması və inkişafı konsepsiyası işlənib hazırlanmışdır. Son 15 ildə Əli Nuriyevin elmi əsərləri Heydər Əliyevin demokratik, hüququ dövlət quruculuğu, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya siyasətinin, onun prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam və inkişaf etdirilməsinin, regional sosial-iqtisadi inkişaf proqramlarının elmi əsaslarının, əldə olunmuş nailiyyətlərin təhlilinə və gələcək inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdur. Bu düvrdə yazılan əsərlərdə Regionların sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət Proqramının (2004-2008-ci illər) ilk elmi təhlili verilmiş və yerinə yetiriləcəyi elmi cəhətdən əsaslandırılmış, Respublikada ilk dəfə olaraq keçid dövrünün başa çatması ideyası ortaya qoyulmuş və elmi cəhətdən əsaslandırılmış, yeni dövrün uzun müddətli social-iqtisadi inkişaf strategiyasının hazırlanmasının vacibliyi irəli sürülmüş və bu strategiyanın əsas konturları işlənib hazırlanmışdır. Əli Nuriyevin yaradıcılığının mühüm istiqamətlərindən birini onun "Anamın həyat fəlsəfəsi" (1997), "İnsan və həyat fəlsəfəsi" (2005) kitablarında və bir çox məqalələrində ədalətli cəmiyyət və onun idarəetmə sistemi, ailə, elm, təhsil, alim, müəllim haqqında verdiyi fəlsəfi traktatlar təşkil edir. Bu traktatlar tanınmış mütəxəssislət tərəfindən müsbət rəylərlə qarşılanmış, geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Əli Nuriyevin yaradıcılığı özünün geniş praktiki tətbiqini tapmışdır. 1990-1992-ci illərdə yeni inzibati rayonların yaranmasında onun konsepsiyası əsas material kimi istifadə olunmuşdur. Onun təklif etdiyi iqtisadi-coğrafi rayonlaşma şəbəkəsi 1995-ci ildən başlayaraq elmi-tədqiqat işlərində, tədris sistemində istifadə olunur. Regionların sosial-iqtisadi inkişaf Dövlət proqramlarında (2004-2008, 2009-1013, 2014-1018) onun iqtisadi rayonlaşma şəbəkəsi və digər təklifləri yer almışdır.
Ə.X.Nuriyev 70-ci illərdə Naxçıvan Elm Mərkəzində Muxtar Respublikanın rəhbər orqanları ilə sıx əlaqədə işləyərək iqtisadiyyatın kompleks inkişafı problemlərini tədqiq etmiş və onların həlli istiqamətində əsas hissəsi praktiki tətbiqini tapmış təkliflər verilmişdir. Eyni zamanda o, həm 70-ci illərdə, həm də sonrakı dövrdəNaxçıvanda ictimai elmlərin inkişafı və elmi dərəcəsi olan kadr təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli xidmətlər göstərmişdir.
Bilavasitə Əli Nuriyevin rəhbərliyilə 22 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş, 3 nəfər müdafiə üçün növvədə dsyanmışdır. Bununla bərabər o, 18 ildən çox müddətə qeyri-ixtisas sahələrində (tarix, ticarətin iqtisadiyyatı, siyasi idarəetmə, beynəlxalq münasibətlər) elmi-tədqiqat işlərinin icrasında bilavasitə rəhbərlik etmiş və onun icrasına rəhbərlik etdiyi mövzulardan çoxsaylı dissertasiyalar müdafiə olunmuşdur, 5 nəfərin elmi rəhbəridir.
Məhsuldar elmi fəaliyyətlə yanaşı, Əli Nuriyev 50 ildən artıqdır ki, Respublikanın müxtəlif ali məktəblərində dərs deyir, müxtəlif fənnləri tədris edir. Onun “Diplom layihələrinin iqtisadi əsaslandırılmasına” dair metodik göstərisi (M. Ələmmədovla həm müəllif, energetika, avtomatika, mexanika fakultəsinin 0302, 03.03 ixtisası tələbləri üçün Bakı-1986) 30 ildən çoxdur ki, energetika ixtisası üzrə diplom layihələrinin texniki-iqtisadi əsaslandırılmasında müvəffəqiyyətlə istifadə olunur.
Əli Nuriyev Azərbaycanda Regional idarəetmənin nəzəri əsaslarını yaratmışdır. Onun bir neçə dəfə nəşr olunmuş “Regional siyasət və idarəetmənin əsasları” kitabı (Bakı-2004, 2007, 2011), və tədris proqramları 2004-cü ildən başlayaraq Respublikanın əksər ali məktəblərində Regional İdarəetmə, Regional siyasət fənnlərinin tədrisində əsas dərslik kimi istifadə olunur. Əli Nuriyev 2002-2011-ci illərdə Dövlət İdarəçilik Akademiyasında elmi-tədqiqat işlərinin istiqamətlərini, problemləri müəyyənləşdirmiş, elmi-tədqiqat işlərinin planlaşdırılması və icrasına ictimai əsaslarla rəhbərlik etmiş, rektor professor S. Qəndilovun ümumi rəhbərliyi altında 2003-cü ildə “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının nəşrini təşkil etmiş, f.e.d. Vəli Həbiboğlu ilə birlikdə və 2007-ci ilədək və 2007-ci ilədək bu jurnalda baş redaktorun müvini olmuşdur. O, Dövlət İdarəçilik Akademiyasında elmi-praktiki konfransların, elmi seminar və sessiyaların keçirilməsinin əsas təşkilatçılarından biridir. Əli Nuriyev AMEA-nın Naxçıvan Bölməsində və İqtisadiyyat İnstitutunda doktorluq və namizədlik alimlik dərəcəsi verən İxtisaslaşdırılmış dissertasiya müdafiə şuralarının üzvü, 2002-ci ildən AMEA-nın İqtisadiyyat İnstitutunda Dissertasiya şurası nəzdində elmi seminarın sədridir.O, bir neçə dissertasiyanın müdafiəsinə sədrlik etmişdir. Əli Nuriyev bir çox Respublika və Beynəlxalq elmi konfranslarda Azərbaycan İqtisad elmini ləyaqətlə təmsil etmiş, çoxsaylı monoqrafiya və digər əsərlərin redaktoru olmuşdur. "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə", "AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)", "Kooperasiya", “Təfəkkür”, “Azərbaycanın vergi xəbərləri” elmi-nəzəri jurnallarının redaksiya heyətinin üzvüdür.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əli Nuriyevə Əməkdar Elm xadimi fəxri adı verilmişdir. 1970-ci ildə Gənc alimlərin elmi əsərlərinin Respublika müsabiqəsinin qalibi olmuş və Respublika Komsomolu MK-sının fəxri fərmanı ilə, 1977-ci ildə SSRİ Elmlər Akademiyasında Sosializm yarışının qalibi Döş nişanı ilə, 2000-ci, 2009-cu və 2014-cü illərdə AMEA-nın Rəyasət heyətinin fəxri fərmanları ilə, 2014-cü ildə AMEA-nın 70 illik yubiley medalı ilə təltif olunmuşdur. Əli Nuriyev “Ustad”, “Qızıl qələm”, “Şərəf”, “Nüfüzlü ziyalı” ali jurnalistika və media mükafatları laureatıdır.