Əli Səmədov (Əli Qafur; 1 sentyabr 1930, Mallı Şıxlı, Göyçay rayonu – 2006) — Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor.
Əli Səmədov | |
---|---|
Doğum tarixi | 1 sentyabr 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 2006 |
Fəaliyyəti | yazıçı |
Əli Səmədov 1930-cu il sentyabrın 1-də Göyçay rayonunun Mallı Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur.[1]2006-cı ildə vəfat etmişdir.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır. O, əmək fəaliyyətinə 1953-cü ildə Artyomda tərbiyəçi-müəllim kimi başlamışdır. Sonra Azərbaycan SSR Mədəniyyət Nazirliyində inspektor, respublika kinoprokat idarəsində rəis müavini, Azərbaycan Kinematoqrafçılar İttifaqında sovet incsənətinin təbliği bürosunun direktoru, «Azərbaycan pioneri» qəzeti redaksiyasında «Ədəbiyyat və incəsənət» şöbəsinin müdiri olmuşdur.
Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor işləyir.
Ə. Səmədov ədəbi yaradıcılığa 1959-cu ilin mayında «Ədəbiyyat və incəsənət» qəzetində çap olunan «Unuda bilmirəm» hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda hekayələrlə müntəzəm çıxış etmişdir. Onun «Artıq tamah baş yarar», «Hərənin bir ulduzu», «Kibrit çöplərinin macərası» və s. əsərləri respublika dövlət teatrında tamaşaya qoyulmuşdur.
«Artıq tamah baş yarar» nağıl-pyesi 1964 – 1983-cü illərdə A. Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulmuşdur. Əsərləri SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.