Əlican Əzizov (1952 – 10 fevral 2021-2021) — Aktyor. Filmlərdə iştirak edən.
Əlican Əzizov | |
---|---|
Əlican Süleyman oğlu Əzizov | |
| |
Doğum adı | Əlican Süleyman oğlu Əzizov |
Doğum tarixi | |
Vəfat tarixi | (68 yaşında) |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Əlican Süleyman oğlu Əzizov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirmiş, 1975-1996-cı illərdə Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərmişdir. Bu illər ərzində o, zəngin yaradıcılıq təcrübəsi toplayaraq, saysız-hesabsız xarakterik, yaddaqalan, orijinal obrazlar yaratmışdır.
1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmiş və 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ümumilikdə, ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr etmişdir.
1978-ci ildə o, "Yaradıcı gənclərə baxış" müsabiqəsinin qalibi, 1985-ci ildə Respublikada "Ən yaxşı kişi rolunun ifaçısı" olmuşdur.
Ə.Əzizov "Komsomol" poemasında Bəxtiyar, "Vaqif"də Vidadi, "Aydın"da Dövlət bəy, "Almaz"da Fuad, "1905-ci ildə" Volodin, "Dairəni genişləndirin" əsərində Sergey Uqolkov və s. obrazlar yaratmışdır.
Gəncə Dövlət Nizami Poeziya Teatrında fəaliyyəti dövründə, N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaratmış, "Xeyir və Şər", "Gül və Zəhər" əsərlərinin quruluşçu rejissoru olmuşdur. Bununla yanaşı o, A.Murovdağlının "Alın yazısı", M.Alimin "Gül və Zəhər", A.Babayevin "Memarın məhəbbəti", Z.Xəlilin "Gəncə qartalı" əsərlərində quruluşçu rejissor olmuşdur.
Ə. Əzizov Azərbaycanfilmin istehsalı olan "Süd dişinin ağrısı", "Dairə", "Şahid qız" filmlərində Kərimin atası, Arif və kapitan Mikayılov rollarını ifa etmişdir.
M.Kərimin "Odu atma Prometey" əsərində Əcəmşah roluna görə keçmiş SSRİ Mədəniyyət Nazirliyinin mükafatını almışdır.
2006-cı ildə o, Prezident mükafatına layiq görülmüşdür.
2021-ci ildə vəfat etmişdir