Əlif Piriyev (10.01.1922 - 20.04.1986) - Sovet İttifaqı Qəhrəmanı[2]
Əlif Piriyev | |
---|---|
Əlif Turxan oğlu Piriyev | |
Digər adı | Əlif Duraxan oğlu Piriyev[1] |
Doğum tarixi | 10 yanvar 1922 |
Doğum yeri | Z.O.Qoltuq, Neftçala |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
|
10 yanvar[3], 1922-ci ildə Neftçala rayonu Z.O.Qoltuq kəndində anadan olmuşdur. Əmək fəaliyyəti dövründə neft sahəsində operator, sonralar sərnişindaşıma- nəqliyyat sahəsində işləmişdir[4].
1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki neft mədənində neftçıxarma operatorının köməkçisi kimi fəaliyyətə başlamışdır. 1941-ci ilin iyulunda cəbhəyə gedib müharibənin ilk günündən başlayaraq Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist işğalçılarına qarşı qəhrəmancasına döyüşmüşdür. Novorasiski yaxınlığında Kiçik torpaqda vuruşmuş, dəfələrlə kəşfiyyatda olmuş, Kerç desantının tərkibində Krım torpağına çıxarılmış bu döyüşlərdə dəfələrlə yaralansa da sağalan kimi döyüş meydanına qayıtmışdır. Krımın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi mərdlik və igidliyə, Sapundağa hücum zamanı şəxsi qorxmazlığı və qəhrəmanlığına görə Əlif Piriyev Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı sərnişin daşımaları istehsalat birliyi sistemində çalışmışdır. 1986-cı ildə vəfat etmişdir. Neftçala şəhər parkında büstü, şəhərdə adını daşıyan küçə vardır[1].
Böyük Vətən müharibəsinədək (1941–45) Neftçalada neft mə‘dənlərində işləmişdir. 1942 ildə Sovet Ordusuna çağırılmışdır. Prussiyaya qədər döyüş yolu keçmişdir. Piriyev Şimali Qafqazda, "Kiçik torpaqda"kı döyüşlərdə, Kerç yarımadasında desant əməliyyatında iştirak etmişdir. 1944 il mayın 9-da Sevastopol şəhərinin azad olunması uğrunda vuruşmalarda igidlik göstərmişdir. 1945 ildə ordudan buraxıldıqdan sonra Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyi sistemində çalışmışdır. Medallarla təltif olunmuşdur[5].
Böyük Vətən Muharibəsində Krım uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart[5] tarixli fərmanı ilə Sovet ittifaqı Qəhrəmanı adına layiq görülmüşdür[4].
19 may 1986-ci ildə vəfat edib[4].