Əliheydər Əbdül oğlu Əliyev - Əməkdar müəllim, "İlin ən yaxşı müəllimi (1999)", Bioloq, Tarixçi araşdırmaçı.
Əliheydər Əliyev | |
---|---|
Əliheydər Əbdül oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri |
Lerik Azərbaycan |
İxtisası | Biologiya |
Təhsili | Gəncə Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | Biologiya müəllimi |
Fəaliyyət illəri | 1960-2010 |
Tanınır | Bioloq, Tədqiqatçı, Araşdırmaçı |
Mükafatları | "İlin ən yaxşı müəllimi" 1999, "Baş müəllim" 1992 |
Əliheydər Əliyev 1940–cı ilin fevral ayında Blaband kəndində doğulmuşdur. Kənddə yeddiillik təhsil aldıqdan sonra, 1954-cü ildə Lerik qəsəbə orta məktəbində oxumağını davam etdirib. 1958-ci ildə onbirillik məktəbi bitirib, komsomol göndərişi ilə Sumqayıt şəhərinə işləməyə gedib. O vaxtlar yerli kadrlara böyük ehtiyac vardı. Alüminium və taxta–şalban zavodlarında fəhlə dəzgahçı işləyərkən özü ilə çamadana yığıb gətirdiyi kitablardan ayrılmır, biliyini artırmaq üçün gecə yarısınadək oxuyurdu. Ali məktəbə daxil olacağına əmin idi. 1960-cı il onun ömrünün ən yaddaqalan və unudulmaz xatirəsinə döndü. H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun "Biologiya və Kənd Təsərrüfatının Əsasları" fakültəsinə daxil oldu.Əliheydər müəllim təhsilini davam etdirməklə yanaşı, müəllim işləməyi qərara aldı. 1960–cı ildə Lerik heyvandar– larının məskunlaşdığı Muğan qışlağında sinif müəllimi təyin olundu. Uşaqların savadlanması üçün bilik və təcrübə sini əsirgəmədi. Orand və Anbu kənd məktəblərində müəl– lim işlədi. 1964–cü ildə Anbu kənd orta məktəbinin direktoru təyin edildi, bir il sonra partiya sıralarına qəbul olundu. 1968-ci ildə Onu rayon partiya komitəsinə çağırıb Blaband kənd orta məktəbində direktor işləməyi qərara aldılar. Etiraz etməsə də, bir qədər həyəcanlandı, kövrək duyğular, şirinli-acılı xatirələr onu uşaqlıq illərinə, doğma kənd məktəbində təhsil aldığı illərə apardı, doğma müəllimlərini düşündü. İndi o, şagird kimi oxuduğu sinfə müəllim kimi daxil olurdu. Səkkiz il direktor kimi fəaliyyət göstərdikdən sonra öz xahişi ilə 2010-cu ilədək müəllim işləmişdir.
Əlbəttə, 50 il fasiləsiz olaraq pedaqoji sahədə çalışmaq asan bir məsələ deyil. Muğan qışlağında ilk dəfə əlinə jurnal götürüb şagirdlərə dərs deyən gündən hiss etdi ki, o çox məsuliyyətli bir işə başlayıb. Əlinə qələm alıb ilk dəfə "Əlifba" öyrənən, "Ana", "Vətən" kəlmələrini yazan şagird sabah Vətəni qoruyan, sevən, onu şöhrətləndirən ləyaqətli övlad kimi yetişməlidir. Müəllimin hər bir hərəkəti, davranışı, sözü–söhbəti, cəmiyyətdəki mövqeyi şagirdin diqqət mərkəzində durur və tərbiyəsindən nümunə götürür. Təlim–tərbiyə elə bir yüksək səviyyədə, dəqiq və şəffaf, səmərəli olmalıdır ki, gələcəyin qurucusu ondan keçəcəyi həyat yolu üçün lazım olan hər şeyi əxz edib götürə bilsin, cəmiyyətin ləyaqətli, qeyrətli, namuslu bir üzvünə çevrilsin. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Arif Abbasov Lerik rayon icra hakimiyyətinə təşəkkür məktubu göndərdi.Respublika Təhsil naziri, professor Misir Mərdanov muzeyin fəaliyyətini yüksək qiymətləndirmiş, təhsil islahatının həyata keçirilməsində fərqləndiyinə görə və "Müəllimlər günü" münasibətilə yaxşı işi qeyd olunmuş, ona nazirin təşəkkürü elan edilmişdir.
"İlin ən yaxşı müəllimi" 1999 "Baş Müəllim" 1992
1) Lerikdə qədim daş kitabələr aşkar edilib.(anl.az)
3) "ARXEOLOJİ CƏNNƏTİN" SİRLƏRİ AÇILIR (Azertag.az)
5) Lerikli təqaüdçü müəllim biologiya otağını əsl arxeologiya muzeyinə çevirib.