Əliheydər Şirin oğlu Həşimov — professor.
Əliheydər Həşimov | |
---|---|
Əliheydər Şirin oğlu Həşimov | |
Doğum tarixi | |
Doğum yeri | Əyin, Zəngəzur qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | professor |
Əliheydər Həşimov 24 iyul 1924-cü ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur.[1] 1938–1940-cı illərdə Ağdamda pedoqoji texnikumda təhsil alıb. 1947-ci ildə ADU-nun filologiya və psixologiya şöbəsinə daxil olur. 1952-ci ildə təhsilini başa vuraraq Gəncə Pedoqoji İnistitutunda və Respublika Xalq Maarifi Muzeyində çalışır. 1966-cı ildə həmin İnistitutunda tədris işləri üzrə prorektor, üç il sonra isə rektor təyin edilir. 1986-cı ildə Xarici Dillər İnstitutunun professoru seçilir. Onlarla dissertantın rəhbəri və doktorantın oponenti olmuşdur.
Fəaliyyəti illərində onun aşağadakı dərslikləri çap etdirmişdir: "Azərbaycan xalq pedaqogikasından mühazirələr"," Azərbaycan xalq pedaqogikası antalogiyası", "Azərbaycan xalq pedaqogikası ", "Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər ", "Azərbaycan xalq pedaqogikasından iki mühazirə", " Azərbaycan xalq pedaqogikasının əsasları"," Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri","Xalq pedaqogikasında tərbiyənin üsul və vasitələri"," Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə".
1994-cü ildən Bakı Özəl Universitetinin tədris məsələləri üzrə prorektoru işləmişdir. Onun 250-dən artıq məqaləsi çap edilmişdir.
Hazırda Əliheydər Həşimov haqq dünyasındadır.
Fəalyyəti Azərbaycan xalq pedaqogikasının ilk tədqiqtçısı Əliheydər Şirin oğlu Həşimov 24 iyul 1924-cü ildə Qubadlı rayonunun Əyin kəndində doğulmuşdur. 1938-ci ildə Qubadlı rayon Çardaxlı yeddiillik kənd məktəbini, 1940-cı ildə Ağdam Pedaqoji texnikumunu əla qiymətlərlə bitirmişdir. 1940-cı ilin sentyabrından 1942-ci ilin fevralınadək Qubadlı rayonunun Çardaxlı və Dondarlı kəndlərində müəllim işləmişdir. 1942-ci ilin fevralında ordu sıralarına hərbi xidmətə getmişdir. 1947–1952-ci illərdə ADU-nun filologiya fakültəsində məntiq-psixologiya şöbəsində ali təhsil almışdır. 1952-ci ilin iyulundan Nuxa (indiki Şəki) ikiillik Müəllimlər İnstitutunda pedaqogika-psixologiya kafedrasının müdiri və baş müəllim işləmişdir. 1953-cü ilin sentyabrında H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Pedaqoji İnstitutuna pedaqogika müəllimi göndərilmişdir. 1953–1956-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki AR TPİ) aspiranturasında təhsil almışdır. 1956-cı ildə Respublika Xalq Maarifi Muzeyinə elmi işlər üzrə direktor müavini təyin edilmişdir. 1957-ci ildə "Azərbaycan xalq nağıllarında və atalar sözlərində əqli, əxlaqi tərbiyəyə aid fikirlər" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1957-ci ildən 1959-cu ilədək Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda əvvəlcə kiçik, sonra baş elmi işçi vəzifəsində çalışmışdır. 1959–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin pedaqogika kafedrasında əvvəlcə baş müəllim, sonra isə dosent kimi fəaliyyət göstərmişdir. 1966-cı ilin martında Kirovabad (Gəncə) Pedaqoji İnstitutuna əvvəlcə tədris işləri üzrə prorektor, 1969-cu ildə isə rektor vəzifəsinə təyin edilmişdir. 1970-ci ildə "Fədakar Əməyə görə" yubiley medalı ilə təltif olunmuşdur. 1970-ci ilin oktyabrında "Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri" adlı dissertasiya işini müdafiə edərək, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 1973-cü ildən 1986-cı ilədək Azərbaycan ETPİ-də əvvəlcə, pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində baş elmi işçi, sonra həmin şöbənin müdiri vəifəsində çalışmış, eyni zamanda psixologiya laboratoriyasının müdir əvəzi işləmişdir. 1984-cü ildə "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. 1986-cı ildən 1994-cü ilədək Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunun professoru kimi fəaliyyət göstərmişdir. 1989-cu ildə Ə.Ş.Həşimovun əsas müəlliflərindən biri olduğu "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixi oçerkləri"(rus dilində) adlı irihəcmli kitab 14000 tirajla, elə həmin ildə tərtibçisi və əsas müəlliflərindən biri olduğu "Azərbaycan Respublikası Pedaqoji fikir antologiyası"(rus dilində) adlı kitab da 20000 tirajla Moskvada nəşr olunmuşdur. 1994-cü ildən ömrünün sonunadək Özəl Bakı Ali Kollecində (sonralar "Naxçıvan Universiteti) elmi işlər üzrə prorektor, eyni zamanda Pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. 06.07.1997-ci ildə Bakı şəhərində vəfat etmiş, Xırdalan qəbiristanlığında dəfn edilmişdir. Ə.Ş.Həşimovun rəhbərliyi ilə 17 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. O, 24 nəfərin namizədlik, 3 nəfərin doktorluq dissertasiyasının rəsmi opponenti olmuşdur. 1994-cü ildə Y.Məmmədəliyev adına medal və mükafatla təltif olunmuşdur. 1995-ci ildə "Akademik M.Mehdizadə adına mükafat laureatı" adına layiq görülmüşdür. Əsas əsərləri: "Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər", Bakı, 1958; "Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri",Bakı, 1970; "Dərs, onun quruluşu və dərsdə təlim metodları haqqında"(met.tövsiyə), Bakı,1983; "Müasir şəraitdə təlim prosesinin ümumi xarakteristikası"(met.tövsiyə), Bakı,1983; "Dərs tiplərinin variantları"(met.tövsiyə),Bakı, 1986; "Yuxarı sinif şagirdlərinin şüurlu intizam tərbiyəsi", Bakı, 1987; "Pedaqogika kuursunun tədrisində xalq hikmətindən istifadə", Bakı, 1991; "Pedaqogika"(dərslik) (N.Kazımovla), Bakı, 1996, "Azərbaycan xalq pedaqogikası"(şərikli), Bakı,1993; "Pedaqogika.Tərbiyə nəzəriyyəsinə dair mühazirələr"(şərikli), Bakı, 1995. Biblioqrafiya: "Varlıq" Ensiklopedik toplu,Bakı, 1998, s.156; R.Ş.Mustafayeva, A.Ə.Həşimova "Biblioqrafiya.Ə.Ş.Həşimov"; Bakı,1994; R.Ş.Mustafayeva, A.Ə.Həşimova "Böyük alimin ömür yolu.Pedaqoji elmlər doktoru, professor Əliheydər Şirin oğlu Həşimov", Bakı, 2004; A.Eminov, "20 əsrin 20 böyük azərbaycanlı pedaqoqu", Bakı, 2002, s.44–47; R.Ş.Mustafayeva,"80 yaşın işığında. Pedaqoji elmlər doktoru Əliheydər Şirin oğlu Həşimovu xatırlayarkən…", Bakı,2004.