Əlimərdan Hüseynov (azərb. Hüseynov Əlimərdan Əbil oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Əlimərdan Hüseynov | |
---|---|
Hüseynov Əlimərdan Əbil oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
1962-ci il yanvarın, 14-də Biləsuvar rayonunda anadan olub. 1983-cü ildən Azərelektroterm elm-istehsal birliyində elektrik montyoru işləmişdir. 19-dan 20-nə keçən gecə Salyan qazarmasının yanında olmuşdur. Qohum-qardaşının hadisə ilə bağlı geniş məlumatı yoxdur. Yanvarın 21-də morqdan tapılmışdır. Güllələr ona qolundan və sinəsindən dəymişdir. Sifətinin sağ tərəfində ağır zərbə izləri olub. Həkimin dediyinə görə o, güllə yarasından deyil, yaralı halda döyüldüyünə görə ölmüşdür. Biləsuvar rayonundakı Fioletovka kənd qəbiristanlığında dəfn edilib. İki ay idi ki, nişanlanmışdı.[1]
Bakı — 116, 7-ci mikrorayon, yataqxana 2, otaq 133.