Dəmirov (Şirvanski) Əlimran Müslüm oğlu — rejissor, aktyor, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978).
Əlimran Şirvanski | |
---|---|
Şirvanski Əlimran Müslüm oğlu | |
Doğum tarixi | |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | rejissor aktyor pedaqoq |
1918 ildən Bakı teatr truppalarında həvəskar aktyor kimi çıxış etmiş, dram dərnəklərinə rəhbərlik etmişdir. 1924-cü ildə Ə. Bayramov adına qadınlar klubunda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında rejissor köməkçisi, həmçinin Vəli rolunun ifaçısı olmuşdur. 1939-1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında aktyor və rejissor vəzifələrində çalışarkən Üseyir bəy Hacıbəyovun bir sıra əsərlərinin quruluşunu vermiş və bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Əsgər, Həsənqulu bəy, Rza bəy və s. yadda qalan obrazlar yaratmışdır.[1]
Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi.[2]