Əlimurad hamamı

Əlimurad hamamıAbşeron rayonu Görədil qəsəbəsində, Novxanı-Pirşağı yolundan 600 m cənubda, Görədil kəndinin daxilinə gedən yolun sağ tərəfində yerləşir.

Əlimurad hamamı
Ölkə  Azərbaycan
Şəhər Abşeron rayonu
Yerləşir Görədil qəsəbəsi
Tikilmə tarixi XIX əsr[1]
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti Baxımsız[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dörd bucaqlı formaya malik hamamın iki hissədən girişi vardır (cənub və şərq). İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Hər gümbəzdə iki pəncərə vardır. Girişdə yerləşən hücrənin üzərində olan gümbəzdəki pəncərələrdən biri şərq, digəri isə cənub istiqamətdə yerləşdirilmişdir. İkinci gümbəzdəki pəncərələr isə cənub-qərb və cənub-şərq istiqamətdədir. Görünür bu hamamın daxilinə günəş işığının düşməsi və dəniz istiqamətdən əsən xəzri küləyinin gətirdiyi soyuq havanın və ya dəniz qumunun hamamın daxilinə daxil olmaması məqsədini güdür.

Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.

  1. "Əlimurad hamamı". 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.
  2. Bakı kəndlərində tarixi abidələr biganəliklə üzləşib