Əliqulu Quliyev

Əliqulu Quliyev (Quliyev Əliqulu Umud oğlu; d. 15 iyul 1939, İmişli) — fizika riyaziyyat elmləri namizədi, riyazi analiz kafedrasının fəxri professor.[1]

Əliqulu Quliyev
Quliyev Umud oğlu Əliqulu
Doğum tarixi (84 yaş)
Doğum yeri İmişli
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası fizika-riyaziyyat
Təhsili Kirovabad Dövlət Pedaqoji İnstitutu

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

15 iyul 1939-cü ildə İmişli rayonunda anadan olmuşdur.

  • 1947–1957-ci illərdə orta məktəbdə oxumuşdur.
  • 1959–1964–cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat müəllimliyində təhsil almışdır.
  • 1965–1967-ci illərdə aspirant olmuşdur.
  • 1967-ci ildən GDU-da çalışır.[1]

Təhsili və elmi dərəcə

[redaktə | mənbəni redaktə et]
  • 1964-cü ildə KDPİ-nu bitirib.
  • "Polinomial əmsallı adi diferensial (məxsusiyyəti olan) tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli" (namizədlik dissertasiyası), 1974-cü il.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • "Riyaziyyat tarixi", "Riyazi məntiq" fənlərini tədris edir.
  • 56-dan çox məqalənin və 6 dərsliyin müəllifidir.[1]

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Ümumiləşmiş funksiyalar fəzasında diferensial tənliklərin həlli

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi. Bakı, Maarif 1996 (monoqrafiya)
  • Riyaziyyat tarixi, Bakı, Maarif, 2000, dərs vəsaiti
  • Bul funksiyalar və alqoritmlər nəzəriyyəsi. Bakı "Maarif" 2000- dərs vəsaiti
  • Riyaziyyat tarixindən oçerklər. Bakı 2004, dərs vəsaiti
  • Riyaziyyatdan məsələ və misallar (həlli ilə) Bakı 2006 -dərs vəsaiti
  • Riyazi məntiq.Çoxluqlar nəzəriyyəsinin aksiomatik qurulması. Gəncə 2011 dərs vəsaiti
  • Riyazi məntiq (çapda) 2015. dərs vəsaiti.[1]