Əliqulu xan Püsyan

Əliqulu xan Püsyan (1890-1916) azadlıq mücahidi, İran ordusunun mayoru.

Əliqulu xan Püsyan
Əliqulu xan Həmzə xan oğlu Püsyan
Doğum tarixi
Doğum yeri Təbriz
Vəfat tarixi
Vəfat yeri Şiraz
Fəaliyyəti hərbi qulluqçu

Əliqulu xan Həmzə xan oğlu 1890-cı ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Əslən Qarabağın Püsyan (indiki Qubadlı rayonundan) mahalındandır. O, təhsilini Təbriz şəhərində almışdı. 1913-cü ildə Tehranda jandarm zabitlik məktəbini bitirdikdən sonra, kapitan dərəcəsilə jandarm qüvvələri sırasına qəbul olmuşdu. 1914-cü ilin ortalarında Fars əyalətinə göndərilmiş Əliqulu xan əvvəlcə Borazcan, Kazerun jandarm, qüvvələrinin komandiri vəzifəsində çalışmış, sonra 1915-ci ilin əvvələrində Şiraza çağırılmış, isveçli zabitlər Şirazdan getdikdən sonra Əliqulu xan mayor dərəcəsilə Şirazdan, sonra da bütün Fars əyalətinin jandarm qüvvələrinin komandiri vəzifəsinə qədər yüksəlmişdi.

Mayor Əliqulu xan 1915-ci ilin əvvəlindən İngiltərə təcavüzkarlarına nifrət bəsləmiş və ölkənin istiqlalını qorumaq üçün daim çarə yolları axtarmışdı. Mayor Əliqulu xan Borazcandan Şiraza getdikdən sonra İDP-nin fəal bir üzvü kimi ilk partiya təşkilatlarının güclənməsində var qüvvəsilə çalışmışdı. Mayor Əliqulu xan ölkənin xarici dövlətlər tərəfindən işğal edilməsini, onun müstəmləkəyə çevrilməsinin qarşısını almıq məqsədilə Fars əyalətində mütərəqqi və mübariz qüvvələri birləşdirməkdə, xüsüsilə jandarm zabitlərini, onun sıravi nəfərlərini vətəni müdafiə uğrunda mübarizə sıralarına sövq etdirməkdə fəaliyyət göstərmişdir. 1915-ci il noyabrın 10-da Şirazda başlanmış silahi üsyana, 1916-cı ilin aprelin 10-adək Şirazda yaranmış xalq hakimiyyətinin rəhbər orqanı olan vahid komitəyə mayor Əliqulu xan başçılıq etmişdir. Rüknzadə Adəmiyyət birinci dünya müharibəsi dövründə "Farsın müstəqil bir əyalət kimi qorunub saxlanması, İranın istiqlalı üçün bu əyalətdən bir istinadgah kimi istifadə edilməsi" fikrinin ilk dəfə mayor Əliqulu xan tərəfindən irəli sürülməsini öz əsərində dəfələrlə qeyd etmişdir.

Mayor Əliqulu xan Püsyan 1916-cı ildə düşmənlərin əlinə düşməmək üçün özünü öldürmüşdü.

  • Ənvər Çingizoğlu. Püsyan eli. Bakı: Elm, 2010.