Əliqulu xan Valeh Dağıstani (1712–1756) — şair.
Əliqulu xan Fətəli xan oğlu 1712-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əslən Qumuqdur. Mədrəsə təhsili almışdı. 1734-cü ildə Hindistana getmişdi.
Əliqulu xan Valeh Dağıstani 1756-cı ildə vəfat edib.
Əliqulu xan Valeh Dağıstani "Riyazüş-şüəra" adlı təzkirəsində Təqi Əvhədinin (973–1039 / 1565–1620) "Ərəfatül-aşiqin" adlı təzkirəsinə istinad edərək Məğribinin doğulduğu yeri Nain, qəbrinin isə İstihbanati-farsda olduğunu qeyd edir. O, eyni zamanda Əmir Kəmaləddin Hüseynin "Məjalisül-üşşaq" əsərinə əsasən şairin məzarının Təbrizin Surxab məhəlləsində Baba Məzidin məzarının baş səmtində olmasını, vəfat tarixini isə 807 / 1404, "Nəfəhatül-üns"ə görə isə 809 / 1406-cı il göstərəndən sonra şeirlərindən nümunələr gətirir. Onu da qeyd etmək gərəkdir ki, bir çox müəlliflərin səhvlərini təkrar edən Valeh Dağistani "Məjalisül-üşşaq" əsərinin müəllifini Sultan Hüseyn Bayqara kimi göstərir. Başqa bir tərəfdən belə güman etmək olar ki, Rzaqulu xan Hidayət də irəlidə göstərilən kimi Məğribinin Naində doğulmasını və İstihbanati-farsda dəfn olunması faktını Təqi Əvhədinin "Ərəfatül-aşiqin" əsərindən götürmüşdür.