Əliramiz Axundov

Əliramiz Axundov (tam adı: Əliramiz Əhməd oğlu Axundov; 15 noyabr 192816 may 1998) — ortoped-travmatoloq, cərrah, tibb elmləri doktoru, professor.[1]

Əliramiz Axundov
Əliramiz Əhməd oğlu Axundov
Doğum tarixi
Doğum yeri Lənkəran, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Afaq Axundova
Uşaqları Azər Axundov
Nərgiz Şəkinskaya (Axundova)
Əhməd Axundov
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Axundov Əliramiz Əhməd oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən 25 saylı məktəbdə alıb. 1953-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 3 il Masallı rayonunda həkim işləyib.

1956-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Henri Turner adına Uşaq Travmatalogiyası və Ortopediya insitutunun ordinatura və aspiranturasına daxil olub, orada təhsilini tamamladıqdan sonra həmin instututa kiçik elmi işçı kimi işə dəvət olunub.

Əliramiz Axundov 16 may 1998-ci ildə Bakı şəhərində vəfat edib.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tibb sahəsi üzrə müdafiə etdiyi elmlər namizədliyi və elmlər doktorluğu dissertatsiyaları 1960-70-ci illərdə SSRİ–nin səhiyyə sistemində böyük marağa səbəb olrmuşdur. O 1972-ci ildən Henri Turner adına İnstitutunun travmatalogiya və cərrahiyyə bölməsinə rəhbərlik edib. Eyni zamanda Rusiya Sovet Federativ Respublikasının uşaq travmatalogiya və ortopediya üzrə Baş həkimi, həmçinin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən travmatologiya problemləri üzrə komissiyasının sədri idi.

1980-ci ildən başlayaraq Azərbaycan Dövlət Tibb institutunun ortopediya, travmatologiya və hərbi-səhra cərrahlığı kafedrasının müdiri, bir neçə müddətdən sonra Bakı şəhərinin Baş travmatoloqu vəzifəsində çalışıb. Azərbaycan Dövlət Tibb institutunun kafedra müdiri işlədiyi müddətdə pedaqoji fəaliyyətə xüsusi diqqət ayırıb və tələbələrinin peşəkarlağının artırılmasına böyük qayğı ilə yanaşıb. Yüzdən çox elmi işin, məqalənin və üç monoqrafiyanın müəllifidir.

Travmatoloq-cərrah kimi tibb sahəsində göstərdiyi nailiyyətlərə görə SSRİ Səhiyyə Nazirliyi tərəfindən “Fərqlənmə nişanı” ilə təltif edilib.

  1. "Rusiyanın məşhur onkoloqu Azər Axundov kimdir?". 2020-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]