| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Əlirza Zihaqq — azərbaycanlı yazıçı, romançı, nağıl yazıçısı, ədəbiyyatşünas, şair və tərcüməçi.
Əlirza Zihaqq 1959-cu ildə Xoyda anadan olub. Əsərlərini Azərbaycan və fars dillərində yazır. 1980-1983-cü illərdə Təbrizdə nəşr olunan "Dədə Qorqud dərgisi"nin, həmçinin Xoyda nəşr olunan "Əvrin dərgisi"nin redaktoru olub. Fars dilində yazılan bir çox əsərləri Azərbaycan dilinə çevirib. Hazırda internetdə "Maral" dərgisini nəşr etdirir.
- Səadətnamə (Neçə çağdaş iranlı yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsi toplumu)
- Quran nağılları (Azərbaycan dilində)
- Həmid Arəş Azadın şeiri və həyatı haqqında (Azərbaycan dilində məqalə)
- Urmu gölü (Minu Nüsrətin Dəryaçə şeirinin Azərbaycan dilinə tərcüməsi)
- Ahular və Yahular kitabı(Nağıl toplumu,Azərbaycan dilində)
- Başı bəlali dilimiz kitabı(Nağıl toplumu,Azərbaycan dilində)
- Ana (Nağıl ,Azərbaycan dilində)
- Barış və Sevgi (Nağıl,Azərbaycan dilində)
- Şahi Xanım (Azərbaycan xalq nağılı, Fars dilində)
- Naxçıvan gəlini (Roman, Fars dilində)
- Bakıda sevgi elanı (Roman, Fars dilində)