Əlizadə Seyfullayev

Seyfullayev Əlizadə İmaməli oğlu (1957–2018) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru (2018).

Əlizadə Seyfullayev
Əlizadə İmaməli oğlu Seyfullayev
Doğum tarixi
Doğum yeri Noxudlu, Salyan rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (61 yaşında)
Dəfn yeri Salyan rayonu, Aşağı Noxudlu kənd qəbirstanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi mexanika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru (2018)
İş yerləri Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu

Əlizadə İmaməli oğlu Seyfullayev 1 fevral 1957-ci ildə Salyan rayonunun Noxudlu kəndində anadan olmuşdur. Ə.İ.Seyfullayev 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirərək, AMEA Kibernetika İnstitutuna təyinatla mühəndis-riyaziyyatçı vəzifəsində işə qəbul olunmuşdur. 1981-ci ildə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində XKB-də böyük mühəndis vəzifəsində, 1991-ci il ildən isə ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur.

1984-cü ildə ildə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində 01.02.04 – Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə istehsalatdan ayrilmamaqla aspiranturaya daxil olmuşdur. 1988-ci ildə "Catlı çoxqat materialların dağılma mexanikasının bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1996-cı ildən aparıcı elmi işçi vəzifəsində çalışmağa başlamışdı. Ə.İ.Seyfullayev "Əyri strukturaya malik çatlı kompozit materialların dağılma və dinamika məsələlərinin tədqiqatı" ilə məşğul olmuşdur. 50 elmi əsərin müəllifidir. Ə.İ.Seyfullayevin elmi rəhbərliyi ilə 5 namizədlik dissertasiyası müdafiə olunmuşdur. O çoxlu sayda konfransların iştirakçısı olaraq, məruzələrlə çıxış etmişdir. Onun xarici nüfuzlu jurnallarda məqalələri dərc olunub. Ə.İ.Seyfullayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Neft qazçıxarmada və daşınmada istifadə olunan konustruksiya elementlərinin möhkəmlik xarakteistikalarının tədqiqi və konustruksiyanın optimal variantının seçilməsi" adlı qrant müsabiqəsinin qalibi olmuşdur.

Ə.İ.Seyfullayev 15 fevral 2016-cı ildə Rusiya Həqiqi Elmlər Akademiyasının professoru adına layiq görülmüşdür.
9 dekabr 2018-ci ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir.10 dekabr 2018ci ildə Doğulub boya başa çatdığı Aşağı Noxudlu kəndində torpağa tapşırılmışdır.

1974–1979-cü illərdə Azərbaycan Dövlət Universiteti (indiki BDU), tələbə

1984–1988-cü illərdə Riyaziyyat və Mexanika İnstitutu, aspirant

Elmi dərəcələri, elmi adları

[redaktə | mənbəni redaktə et]

1988-ci ildə- EA-nın Riyaziyyat və Mexanika İnstitutu, Fizika-riyaziyyat elmləri namizədi (01.02.04-Deformasiya olunan bərk cisim mexanikası)

Dissertasiyanın adı: "Catlı çoxqat materialların dağılma mexanikasının bəzi məsələləri"

2016-cı ildə Rusiya Həqiqi Elmlər Akademiyasının professoru adına layiq görülmüşdür.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1979–1981-ci illər AMEA Kibernetika İnstitutu, mühəndis-riyaziyyatçı

1981–1991-ci illər Riyaziyyat və Mexanika İnstitutunun nəzdində XKB-də böyük mühəndis

1991–1996-cı illər Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi

1996–2017-ci illər Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]

50 elmi məqalənin müəllifirdir.

  1. Akbarov S.D., Maksudov F.G., Panakhov P.I., Seyfullayev A.I. On the crack problems in composite materials with curved lagers Int. J.Enging. Sci. 1994, v.32, №6, p.1003–1016.
  2. Сейфуллаев А.И., Агаева Н.А. Определение перемещения сферического включения с осциллятором в упругой среде. Механика – машина -строение, 2002, №3–4, с.23–25.
  3. Сейфуллаев А.И. Задача механики разрушения композитных материалов с локально искривленными слоями. механика композитных материалов, 2006, №1, с.75–86.
  4. Сейфуллаев А.И., Панахова Н.Д. Исследование обратной задачи о свободных колебаниях упруго закрепленного цилиндра в идеальной сжимаемой жидкости. Доклады, НАНА,2007, №5, стр.33–41.
  5. Сейфуллаев А.И., Панахова Н.Д. Свободные колебания стержня в жидкости со свободной поверхностью. Новые технологии, Москва-2009,№2,с.4–7.
  6. Сейфуллаев А.И., Мамедова Г.А., Рустамова М. А. Юзбашиева А.О. Анализ свободных колебаний тонкостенных цилиндрических оболочек содержащих сжимаемую жидкость. Инженерно-физический журнал,Том.85, №6, 2012. Минск, стр.1312–1317.
  7. Akhundov M.B., Seyfullayev A.I., Hasanova L.A. Long term strength under cyclic loading. World Applied Science Journal. 2013, 28(11) p.1767–1771.
  8. Сейфуллаев А. И., Новрузова K. А. Исследование колебания продольно подкрепленной ортотропной цилиндрической оболочки с вязкой жидкостью. Восточное-Европейский журнал передовых технологий №3/7(75), 2015, p.29–33.
  9. Сейфуллаев А.И., Мамедова Г.А., Агасиев С.Р.Влияние скорости волн в заполняющая сферическую оболочку жидкости на частоту колебаний системы. Austrian Journal of Technical and Natural Sciences, "East West" Association for Advanced Studies and Higher Education GmbH. №5–6, р.95–99, Austria,Vienna 2015.
  10. Seyfullayev A.I., Alimamedov R.K. Parametric oscillation of longitudinal damaged orthotropic cylindrical stiffened skin filled with viscous fluid. Journal of Qafqaz University, Mechanical Industrial Engineering, An International Journal, ISSN 2310–9041.Vol. 3.№2, Баку-2015, p. 149–157.
  11. Seyfullayev A.I., Agaeva N.A. Motion of elastically supported spherical inclusion in acoustic medium. Proceeding of IMM of NAS of Azerb. 2004, vXX., p189–192.
  12. Seyfullayev A.I., Rustamova M.A., Agasiev S.R. Free oscillations of two concentrically located cylindrical shells with a fluid between them. International journal of engineering and Innovative Technology (IJEIT), volume 3, Issue 10, India, 2014, p.33–37.
  13. Сейфуллаев А.И., Агаларов Г.Д. Свободные колебания сферический оболочки с упругим заполнителем. Строительная механика инженерных конструкций и сооружений, 2015, №3, с.74–80.
  14. Seyfullayev A.İ.,Mamedova G.A. Investigation of the Movement of a Mass Loaded Spring on Insertion in an Acoustic Medium. International Journal on Recent and Innovation Trends in Computing and Communication -IJRITCC V. 4, Issue 4, P.194 – 204,India,2016/4/16.
  15. Seyfullayev A.I., Guliyev M. S. On the axisymmetric wave propagation in a finite restrained compound circular cylinder made from compressible materials. International Journal of nanosystems, Vol. 2, N 2, 2010. p. 33–42.
  16. Сейфуллаев А.И., Мамедова Г.А., Агасиев С.Р. Свободные колебания упругой цилиндрической оболочки, содержащей жидкость со свободной поверхностью. Вестник современной наук, Волгоград, 2016, Т 13, №1, с. 22–25.
  17. A. I. Seyfullayev, M. A. Rustamova and Sh. A. Kerimova. Problem of mechanics of fatigue fracture of two-layer material with edge cracks. Mechanics of Composite Materials, Vol. 53, No. 2, May, 2017 (Russian Original Vol. 53, No. 2, March-April, 2017

Kadr hazırlığı:

[redaktə | mənbəni redaktə et]

elmlər namizədlərinin sayı — 5

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]