Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür.
Məhsulun əmək tutumu — sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.