Əmanətlərin Sığortalanması Fondu (Azərbaycan)

Əmanətlərin Sığortalanması Fondu (Fond) Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu
ƏSF
Loqonun şəkli
Növü Fond
Fəaliyyəti Əmanətlərin sığortalanması
Yaranma tarixi 9 fevral 2007
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Azərbaycan, Bakı şəh., Babək pr. 16 AZ1025
adif.gov.az

Fonda üzv bankların reyestri

[redaktə | mənbəni redaktə et]
  1. ASC "XALQ" Bankı
  2. "Melli İran Bankı" Bakı filialı
  3. "Azərbaycan Beynəlxalq Bankı" ASC
  4. "ACCESSBANK" QSC
  5. "Azər-Türk Bank" ASC
  6. "Bank of Baku" ASC
  7. "Bank Respublika" ASC
  8. "Kapital Bank" ASC
  9. "YELO BANK" ASC
  10. "Rabitəbank" ASC
  11. "TURANBANK" ASC
  12. "UNİBANK" KB ASC
  13. Yapı Kredi Bank Azərbaycan QSC
  14. "Expressbank" ASC
  15. "Azərbaycan Sənaye Bankı" ASC
  16. "Bank Avrasiya" ASC
  17. "Paşa Bank" ASC
  18. "Naxçıvanbank" ASC
  19. "AFB BANK" ASC
  20. BANK VTB (Azərbaycan) ASC
  21. "PREMIUM BANK" ASC
  22. "Bank BTB" ASC
  23. "Ziraat Bank Azərbaycan" ASC

Fondun funksiyaları

[redaktə | mənbəni redaktə et]
  • iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək;
  • sığorta haqlarını yığır və onların uçotunu aparmaq;
  • öz əmlakını idarə etmək və ona dair sərəncam vermək;
  • sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək;
  • Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq;
  • "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək;
  • öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək;
  • öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək;
  • iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək;
  • əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]