Əminə Sırtlanova

Əminə (Əminə xanım) Mahmudovna Sırtlanova (fransAmina Hanum Syrtlanoff, doğulanda Şeyxəliyeva və ya Şeyx Əli soyadını daşıyırdı; 25 iyul 1884, Ufa, Ufa quberniyası, Rusiya imperiyasıən tezi 1940, Fransa) — ictimai xadim, mərhəmət bacısı, teosof, Le Droit Humain Ordenin 840 nömrəli "Avrora" adlı Paris mason lojasının möhtərəm ustadı.

Əminə Sırtlanova (Şeyx Əli)
1890-cı illərin sonu 1900-cu illərin əvvəlində.
1890-cı illərin sonu 1900-cu illərin əvvəlində.
Doğum tarixi 25 iyul 1884(1884-07-25)
Doğum yeri
Vəfat tarixi ən tezi 1940
Vəfat yeri
Vətəndaşlığı Fransa
Həyat yoldaşı Əliəskər Şaxaydaroviç Sırtlanov
Fəaliyyəti theosophist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1884-cü ildə general-mayor Mahmud Maqomedoviç Şeyx Əlinin (Şıxəliyev) və mülkədar Magiparvaz Şeyxəliyevanın (qız soyadı Alkina) ailəsində anadan olub. Fəxri ümdə özdəni, podpolkovnik, Stavropol quberniyası müsəlman xalqlarının baş məhkəmə məmuru Dövlət-Mirzə Şıxəliyevin (Şeyx Əli) qardaşıqızıdı, eləcə də tanınmış ictimai xadimləri İbniamin Alkinin və Seid Girey Alkinin bacısıqızıdı.

III Rusiya Dövlət Dumasının deputatı Galiaskar Syrtlanovın həyat yoldaşı idi. Onun 1912-ci ildə faciəli ölümündən sonra ictimai həyatda fəal iştirak etməyə başlamışdı. "Petroqradsk müsəlman maarifçilik cəmiyyətinin" sədri olub[1] və "Petroqrad və Ufadan olan savadlı müsəlmanlar arasında geniş nüfuza" malik idi.[2]

Birinci Dünya Müharibəsi başlayandan sonra, cəbhəyə kömək üçün müsəlman xeyriyyə cəmiyyətinin birləşdirməyə çalışan Rusiya müsəlman ictimai təşkilatlarının Mərkəzi komitəsinin üzvlərindən biri olub.[3] 1916-cı ilin yayında qabaqcıl mövqeyə göndərilən Rusiya müsəlmanlarının sanitar dəstəsinə başçılıq edib.[1]

Rus İnqilabından sonra Sırtlanova Finlandiyaya mühacirət etdi. Orada yerli tatar icmasının yaradılmasında iştirak etmişdir. Bu müddət ərzində o, Fin teosofları ilə əlaqə saxlayır və Fin mətbuatında musiqi müəllimi kimi xidmətlərini reklam edir. Sırtlanova müxtəlif dərnəklərə İslam dini haqqında təqdimatlar etdi; o, "Məhəmməd peyğəmbərin nüfuzunu şübhəli qərblilərə təmizləmək" istəyirdi".[4][5][6][7]

Sonra o, Fransanın Paris şəhərinə mühacirət etdi.. 1926–1939-cu illərdə rus və fransız teosofiya cəmiyyətlərində məruzələri ilə çıxış edirdi. 1933–1935-ci illərdə idarə heyətinin müavini, 1935-ci ildən sonra Fransada Y. Vrevsikiyin adına Rus mərhəmət bacıları ittifaqının idarə heyətinin üzvü olmuşdur. 1921-ci ildən 1939-cu ilədək Le Droit Humain (İnsan Hüququ) adlı vətəndaş hüquqlarının və qadınların azadlıqlarının müdafiəsi ilə məşğul olan ordeninin üzvü olmuşdur.[8] 1929-cu ildə bu ordenə daxil olan "Avrora" rusdilli mason lojasının möhtərəm ustadı oldu.[9] Almanlar Fransanı işğalı edəndən və ölkənin ərazisində bütün mason lojaların bağlanışından[10] sonraki taleyi məlum deyil.

  1. 1 2  Ямаева Л. А. Мусульманский либерализм начала XX века как общественно-политическое движение. Уфа, Гилем, 2002, с. 209–210
  2.  Ахмедзаки Валиди Тоган. Воспоминания. Книга I, Уфа, Китап, 1994. с. 162.
  3.  Ямаева Л. А. Мусульманские благотворительные общества начала ХХ века.//Ватандаш, 2013, № 7.
  4. Sabira Stahlberg. "Visible and Invisible Tatar Women in Finland". Aybagar (ingilis). 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-07.
  5. Antero Leitzinger: Suomen tataarit — Vuosina 1868–1944 muodostuneen muslimiyhteisön menestystarina. East-West Books Helsinki, 2006. ISBN 9789529959228
  6. Zinnetullah Ahsen Böre: Finlaniya Cemaati Islâmiyesin kurmaya muvaffak olsakta Fin-Türk mektebin açmaya neden muvaffak olmadık? / Olemme onnistuneet perustamaan seurakunnan, mutta miksi emme ole onnistuneet perustamaan suomalais-turkkilaista kansakoulua? (Tampere, 1943)
  7. "Sırtlanova Fin mətbuatında, 1922-ci il". 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-07.
  8.  Сайт Ложи "Новый Свет" № 1989, Масонский Смешанный Международный Орден LE DROIT HUMAIN (Право Человека). Русская интермедия: ложа Аврора (1927–1945) Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine
  9. "Arxivlənmiş surət". 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
  10.  Берберова Н.. Люди и ложи. Русские масоны ХХ столетия. Москва: Прогресс-Традиция, 1997.