Əmir Şamil oğlu Həbibzadə — fizika-riyaziyyat elmləri doktoru, professor
Əmir Həbibzadə | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | Fizika-riyaziyyat |
Elmi dərəcələri | fizika-riyaziyyat elmləri doktoru, professor (1970) |
Elmi adı | Professor |
İş yeri | BDU Funksional analiz kafedrası |
Alma-mater | BDU-nun Fizika-riyaziyyat fakültəsi |
Mükafatları | Əməkdar elm xadimi |
23 yanvar 1916-cı ildə anadan olmuşdur. 1941-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1944-1947-ci illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olmuşdur. 1948-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
1948-ci ildən Bakı Dövlət Universitetində baş müəllim, dosent, professor vəzifələrini tutmuş, 1965-1992-ci illərdə isə funksiyalar nəzəriyyəsi və Funksional analiz kafedrasına rəhbərlik etmişdir.
Onun rəhbərliyi altında 54 nəfər elmlər namizədi elmi dərəcəsi almışdır. Onlardan bir çoxu Özbəkistan, Türkmənistan, Dağıstan, Misir, Kuba vətəndaşlarıdır. Sonralar 7 yetirməsi elmlər doktoru olmuşdur. Funksional analiz və kompleks analiz üzrə mütəxəssisdir. Xətti normallaşmış fəzalarda operator sinqulyar inteqral tənliklərin tədqiqi sahəsində mühüm nəticələr almışdır. Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.[1]