Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əmir Kəbirin islahatları — İranın birinci naziri (atabəyi) olmuş Mirzə Tağı xan Əmir Kəbirin dövlətin modernləşdirilməsi yolunda başladığı islahat.
XVIII-ci əsrin 40-cı illərin sonuna doğru daxili siyasi vəziyət gərgin olaraq qalırdı. Tamamilə xəstə və fəaliyətsiz Məhəmməd şah Qacar dövlət işləri ilə məşğul ola bilmirdi. Dövlətdə hərc-mərclik artırdı. Xanların separatizmi artırdı. Ticarət və sənətkar zümrələr İranın köhnə idarə üsulundan narazı idi. İran getdikcə İngiltərə ilə Rusiyanın Yaxın və Orta Şərq uğrunda mübarizələrində oyuncağa çevrilirdi. Ölkənin şimalı sayılan Azərbaycan, Gilan, Mazandaran — daha çox Avropa bazarları ilə əlaqəli olduğuna görə dəyişikliklərdə ehtiyac buralarda daha çox duyulurdu. Bu əyalətlərdə vəziyət getdikcə gərginləşirdi. Bir neçə quraq il, vəba və taun epidemiyaları, Təbrizin və onun ətraf rayonlarının çörək ticarətində əks olunan osmanlılarla çoxillik müharibələr, bir çox tayfaların özbaşınalığı, yollarda quldurluq və elatın törətdiyi yağmalar, eləcə də Azərbaycanın daxili işinə ingilis və rusların üzrsüz müdaxilələri və bununla bərabər Qərbin vəli-əhdin sarayına iqtisadi və siyasi təsirləri, tənzimat keçirən osmanlılarla daha sıx əlaqələr, vəli-əhdin Abbas mirzə kimi sərt siyasət aparmaq bacarığında olmaması, vəli-əhdin əvəz olunması — bütün bu amillər əhaliyə ağır təsir bağışlayırdı, Təbrizdə və başqa şəhərlərdə üsyanlara gətirirdi, kafirlərə və gavurlara müqavimət göstərə bilməyən şah hökumətinə qarşı olan şiə ruhanilərini fəallaşdırırdı. Qacarlara marifçilik bazasında olan müxalifət ilk dəfə XIX-cu əsrin ortalarında formalaşmağa başlayır. Qeyd etmək lazımdır ki, bu marifçilik və yenilənmə ideyaları hakim zümrələr arasında yayılmağa başlayır. İslahatların ən fəal tərəfdarı, Azərbaycandakı vəli-əhdin qoşunlarının hərbi naziri(vəzir nizam), sonra isə baş komandan(əmir nizam) və nəhayət Nasirəddin şah Qacarın sədr-əzəmi olmuş Mirzə Tağı xan Fərəhani idi.[1]
Vəli-əhdinin hərbi nazirliyin katibi olaraq, Mirzə Tağı hərbi işlər barədə dolğun məlumatlar almışdır.