Əmir (Ərdəşir) Qalanoyi (fars. امیر (اردشیر) قلعهنویی; 9 iyul 1964, Tehran, İran) — İranın tanınmış futbol məşqçisi. O keçmişdə İran milli futbol komandasının və Tehranın İstiqlal klubunun yarımmüdafiəçisi olmuşdur. Peşəkar futbolçu karyerasını bitirdikdən sonra İran milli futbol komandasının, İstiqlal, Sepahan klublarının baş məşqçi olmuşdur. Hazırda Təbrizin Traktor Sazi klubunun baş məşqçisidir. İran futbol çempionatının ən ünlü baş məşqçilərindəndir. Qalanoyi İstiqlal ilə uğur qazandıqdan sonra, Sepahan klubunu da iki dəfə ardıcıl olaraq çempion etmişdir.
Əmir Qalanoyi | |
---|---|
امیر (اردشير) قلعهنويي | |
Ümumi məlumatlar | |
Tam adı | Ərdəşir Qalanoyi |
Ləqəbi | Əmir Paşa, Jeneral |
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Vətəndaşlığı | Iranlı |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Traktor Sazi klubu 2009-cu ildə İran futbol çempionatının yüksək liqasına qayıdan sonra iki il Fəraz Kəmalvəndin məşqçiliyi ilə 7-ci və 5-ci yerləri tutmuşdur. İkinci il klubun Asiya klublararası çempionata düşə bilməməsi azarkeşlərin narazılığına səbəb oldu. Bu vaxt Traktor Sazi artıq İranın ən çox azarkeşi olan futbol klubu idi. Digər tərəfdən Əmir Qalanoyi də azarkeş kütləsi çox olan klublara baş məşqçilik etmişdi və həm də o arada Sepahan ilə maliyyə razılığı əldə olunmamışdı. Bu arada İran Futbol Federasiyası da Fəraz Kəmalvəndə Təbriz klubunda fəaliyyətini davam etdirməyə icazə vermədi. Bunun nəticəsi olaraq Traktor Sazi Əmir Qalanoyi 800 milyon tümən (800 000 ABŞ dolları) həcmində razılaşma imzaladı. Bu qərar Təbrizdə böyük coşğu ilə qarşılandı və on minlərlə Traktor Sazi azarkeşi Əmir Qalanoyi öz şəhərlərində qarşılamağa çıxdılar. Əmir Qalanoyi Təbriz klubu haqqında bunları deyir: "Traktor Sazidə məşqçilik böyük fəxrdir. Azərbaycanda olmağımdan məmnunluq duyuram. Traktor Sazi azarkeşlərinin təkcə İranda deyil, bəlkə də bütün dünyada tayı-bərabəri yoxdur. Mən hava limanında gözəl səhnələr gördüm və özümü gənc hiss etdim. Traktor Sazidən daha bir güclü komanda düzətməliyik."
Futbolçu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |