Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əmlaka sahib olma hüququ — Hüquqi noqteyi nəzərdən vətəndaşa məxsusdur. Əmlak sahibi ona məxsus olan əmlakın rəsmi qaydada sənədləşdirməsini təmin etməlidir.
Bu iddiaların tarixi mənşəyi və kökü qədim Roma hüququ ilə bağlıdır.[1] Roma hüququnda mülkiyyət hüququ, əsasən, ya vindikasiya iddiası ilə, ya da neqator iddia ilə müdafiə olunurdu.[2]
Mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından; neqator iddiasından. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmək mülkiyyətçisidir. Neqator iddasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir.
Əmlakın həbsi, yəni onun siyahıya alınması və ona aid sərəncam verməyə qadağan qoyulması qanunda birbaşa nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi haqqında məhkəmə qətnaməsinin və ya əmlakın müsadirə haqqında hökmün icrasını, məhkəmədə iddianın qaldırılması (belə hallarda o,adətən, məhkəmə icraçısı tərəfindən həyata keçirilir) zamanı vətəndaşların və hüquqi şəxslərin digər əmək hüquqlarını təmin edən, yaxud vərəsəliyin açılması zamanı vərəsələrin əmlak hüquqlarını qorumaq məqsədilə (bu halda o, notarius tərəfindən həyata keçirilir) tətbiq edilən tədbirdi.[3]
Azərbaycan Respublikasınln Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçini özü tərəfindən və ya mülkiyyətçini sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Bundan fərqli olaraq mülkiyyətçinin vicdanlı sahibindən əmlakını geri tələbetmə məsələsi bir qədər mürəkkəbdir. Mülkiyyətçi əmlakı vicdanla əldə edən şəxsdən aşağıdakı 3 şərtlərdən biri mövcud olduqda tələb edə bilər:
Göstərilən bu üç şərtdən biri mövcud olarsa mülkiyyətçi öz əmlakını vicdanlı sahibindən geri tələb edə bilər. Əgər əmlak mülkiyyətçinin kobud diqqətsizliyi nəticəsində onun sahibliyindən çıxmışdırsa, barada əmlakın geri tələb edilməsi məsləsi bir qədər mürəkkəbləşir. Mülkiyyətçi öz əmlakını saxlamaq üçün başqasına vermişsə və həmin şəxs mülkiyyətçinin etibarından sui-istifadə edərək onu vicdanlı əldə edənə satırsa, bu halda vindikasiya iddiası vicdanlı əldə edənə qarşı qaldırıla bilməz. Bu hallarda qanun əmlakı vicdanlı əldə edənin hüquqlarını qoruyur və o mürəkkəb hüquqi tərkiblər əsasında əldə etdiyi əmlakın mülkiyyətçisi olur.
Mülkiyyətçinin əlində olan əmlakın onun iradəsilə əlindən çıxdığı halda əmlakı əvəzli surətdə vicdanlı əldə edən mülkiyyətçiyə dəyən ziyanın əvəzini ödəməli olur. Bu zaman mülkiyyətçidən fərqli olaraq əmlakı əldə edən əmlakı satan haqqında daha çox təsəvvürə malik olur. Buna əsasən, əmlak mülkiyyətçiyə qaytarılır, əmlakı əvəzli surətdə vicdanlı əldə edən ona dəymiş ziyanın satıcı tərəfindən ödənilməsi tələbini irəli sürmək imkanı əldə edir.