Əmtəə yağları

Əmtəə neft yağları — müxtəlif özlülüklü baza yağların və aşqarların qarışdırılması (kompaund edilməsi) nəticəsində alınan yağlardır, lakin bəzi əmtəə yağlarının tərkibində aşqar olmaya də bilər, bu da istisna hal kimi qiymətləndirilir.

Tətbiq sahəsi

[redaktə | mənbəni redaktə et]

Əmtəə yağları tətbiq sahəsinə görə sürtkü və qeyri sürtkü yağlara bölünür:

Sürtkü yağları:

[redaktə | mənbəni redaktə et]
  • Motor yağları
  • Transmissiya yağları
  • İndustrial yağlar
  • Aviasiya yağları
  • Energetik yağlar

Qeyri sürtkü yağları:

[redaktə | mənbəni redaktə et]
  • Texnoloji yağlar
  • Tibbi yağlar
  • Parfumeriya yağları
  • Elektroizolyasiya yağları
  • Plastifikatorlar

Əmtəə sürtkü yağlarına motor, transmissiya və xüsusi təyinatlı yağlar aiddir. Əmtəə qeyri sürtkü yağlarına – texnoloji, elektroizolyasiya, tibbi, parfumeriya yağları və plastifikatorlar aiddir.

Əmtəə sürtkü yağları

[redaktə | mənbəni redaktə et]

Əmtəə sürtkü yağları – maşın və mexanizmlərdə hərəkətdə olan hissələrin bərk səthlərinin arasında olan sürtünmənin azalmasını təmin edir və bu hissələrin köhnəlməsinin qarşısını alır. Əmtəə yağları təyinat, özlülük və istismar hassələrinə görə müxtəlif cür təsnifatlanır. Rusiya Federasiyasının standartlarına görə, yağlar sinflərə bölünür və sinif adının birinci hərfi ilə markalanır. Məsələn,

  • Motor yağları "M" hərfi ilə;
  • İndustrial yağlar – "İ" hərfi ilə;
  • Transmissiya yağları – "T" hərfi ilə və s.
  • В. М. Капустин. Б. П. Тонконогов, И. Г. Фукс. "Технология переработки нефти". Часть3. Производство нефтяных смазочных материалов.// "Химия". РГУ нефти и газа им. И. М. Губкина.//Москва 2014. С.323.